Aprel ayında Çində BYD-nin "yaşıl" avtomobil satışları 388% artıb
392,3 min ədədi ötübBu ilin yanvar-aprel aylarında Çinin aparıcı elektrik avtomobil istehsalçısı BYD-nin alternativ enerji mənbələri ilə işləyən avtomobillərinin ümumi satışı 392,3 min ədədi keçib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 387,94% çoxdur.
Marja.az xəbər verir ki, bu barədə məlumatlar şirkətin çərşənbə axşamı dərc olunan hesabatında yer alıb.
Çində alternativ enerji vasitələrinə elektrik avtomobilləri, hibrid avtomobillər və hidrogen yanacaq ilə hərəkət edən avtomobillər daxildir. BYD-nin bu cür avtomobillərin satışı aprel ayında da artıb, baxmayaraq ki, bir çox avtomobil istehsalçıları ölkənin bir sıra regionlarında antivirus məhdudiyyətləri səbəbindən ehtiyat hissələrinin təchizatında ciddi problemlərlə üzləşiblər. Ötən ay şirkət 106 mindən çox “yaşıl” avtomobil satıb, ötən ilin aprelində isə bu rəqəm 25,6 min səviyyəsində olub.Şirkət aprel ayında sırf benzin mühərrikli avtomobil satmayıb və istehsal etməyib.
Martın sonunda BYD 2021-ci il üçün maliyyə göstəriciləri haqqında məlumat verib. Rəsmi məlumatlara görə, şirkətin gəliri illik ifadədə 38,02% artaraq 216,1 milyard yuan (təxminən 40,1 milyard dollar) təşkil edib. Keçən il xalis mənfəət 2020-ci ilə nisbətən 28,08% az - 3,04 milyard yuan (464,1 milyon dollar) olub.
BYD-nin alternativ enerji vasitələrinin satış həcmi son illərdə müsbət dinamika nümayiş etdirib. 2021-ci ildə onların sayı 231,6% artaraq 593,7 min ədədi ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
18 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
20 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























