Avropadan 10 qaz alıcısı Qazprombank-da hesab açıb
Artıq 4 şirkət Rusiyadan nəql olunan qazın pulunu rublla ödəyib.Ən azı 10 Avropa şirkəti - Rusiya təbii qazının alıcıları qazın pulunu rublla ödəmək üçün hesablar açıblar.
Marja.az xəbər verir ki, bu barədə çərşənbə günü Bloomberg-in dərc etdiyi materialda deyilir.
Rusiyanın “Qazprom” şirkətinə yaxın mənbənin agentliyə verdiyi məlumata görə, artıq dörd şirkət Rusiyadan nəql olunan qazın pulunu rublla ödəyib.
Qurumdakı mənbə əlavə edib ki, qazla bağlı növbəti hesablaşmalar mayın 15-dən sonra aparılacaq.
Martın 31-də Rusiya prezidenti Vladimir Putin qeyri-dost ölkələrdən alıcılar tərəfindən Rusiya qazının dəyərinin ödənilməsinin yeni qaydasını müəyyən edən fərman imzalayıb. Sənədə əsasən, “dost olmayan” alıcılar xarici valyutada vəsaitləri “Qazprombank”a köçürməyə başlayacaq, o da öz növbəsində birjalarda rubl alıb idxalçıların xüsusi rubl hesablarına köçürəcək. Alınan qazın ödənişi məhz rubl hesablarından həyata keçiriləcək.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya qazının rublla ödənişindən danışarkən qeyd edib ki, "alıcılar müqavilələrdə göstərilən eyni konturlarla avro ilə ödəyiblər və ödəyəcəklər”. Eyni zamanda, onun vurğuladığı kimi, “son ödəniş satıcıya – “Qazprom”a bu avroya alınan rus rublu ilə daxil olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




