AZAL prezidenti və Həştərxanın qubernatoru əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Rusiyanın "Azimut" aviaşirkəti Həştərxandan Bakıya və geri istiqamətdə həftədə dörd dəfəyədək müntəzəm reyslər yerinə yetirməyə hazırdır.Aprelin 26-da AZAL-ın ofisində "Azərbaycan Hava Yolları" aviaşirkətinin prezidenti Cahangir Əsgərovun Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə iş görüşü keçirilib.
AZAL-ın yaydığı məlumatda bildirilir ki, görüşün əsas mövzusu tərəflər arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi və ölkələrin nəqliyyat imkanlarının daha da artırılması çərçivəsində birgə addımların atılması olub.
AZAL prezidenti Cahangir Əsgərov qubernatorla söhbəti zamanı qeyd edib ki, mülki hava daşımalarının inkişafı sahəsində "Azərbaycan Hava Yolları" hər zaman digər aviaşirkətlərlə sıx tərəfdaşlıq münasibətləri qurur. Onun sözlərinə görə, iki ölkə - Azərbaycan və Rusiya arasında hava əlaqəsi iqtisadi əməkdaşlığın inkişafı, turizm potensialının genişləndirilməsi, həmçinin iki ölkənin biznes dairələri arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi çərçivəsində mühüm rol oynayır.
Qubernator İqor Babuşkin Bakıda keçirilən danışıqların əməkdaşlığın gələcək inkişafına təkan verəcəyini təsdiqləyib.
O, həmçinin Həştərxanla Bakı arasında aviareyslərin bərpasında maraqlı olduğunu bildirib. Bu, qubernatorun fikrincə, iki ölkə arasında ticari-iqtisadi, investisiya əməkdaşlığının fəallaşmasına, həmçinin turizm əlaqələrinin möhkəmlənməsinə təkan verəcək.
Onun sözlərinə görə, ölkələr arasında hava əlaqəsinin inkişafı çərçivəsində Rusiyanın "Azimut" aviaşirkəti Həştərxandan Bakıya və geri istiqamətdə həftədə dörd dəfəyədək müntəzəm reyslər yerinə yetirməyə hazırdır.
Görüşün yekunlarına əsasən tərəfdaşlığın inkişaf etdirilməsi və mülki hava daşımaları sahəsində müxtəlif məsələlərin birgə müzakirə edilməsi üzrə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi barədə razılıq əldə edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























