“Unibank”ın gəlirləri kəskin artıb
“Unibank” ASC 2022-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2021-ci ilin ilk rübündə “Unibank”ın faiz gəlirləri 25 milyon 840 min manat ikən, 2022-ci ilin ilk rübündə 37 milyon 307 min manat təşkil edib (11 milyon 467 min manat və ya 44,4% artıb). Bankın qeyri-faiz gəlirləri isə 7 milyon 71 minmanatdan 10 milyon 622 min manata yüksəlib ( 3 milyon 551 min manat və ya 50,2 % artıb ).
ƏMƏLİYYATI MƏNFƏƏTLİDİR
2022-ci ilin yanvar-mart dövründə “Unibank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 47 milyon 929 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 43 milyon 806 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 4 milyon 123 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 8 milyon 267 min manat ayırdığından ilk rübü 4 milyon 143 min manat xalis zərər ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə “Unibank”ın cəmi əməliyyat gəlirləri 32 milyon 911 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 794 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 4 milyon 117 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 3 milyon 525 min manat ayırdığından ötən ilin ilk rübünü 592 min manat xalis mənfəət ilə başa vurmuşdu.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Ötən ilin sonu ilə müqayisədə ilk rüb ərzində "Unibank" tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 45 milyon 392 min manat və ya 6,1% artaraq 31 Mart 2022-ci il tarixində 784 milyon 632 min manata çatıb. Bankın aktivləri isə ötən ilin sonundakı 1 milyard 39 milyon manatdan 1 milyard 75 min manata yüksəlib.
İlk 3 ay ərzində “Unibank”ın istehlak kreditləri portfeli 30 milyon 399 min manat artaraq 465 milyon 586 min manata, biznes kreditləri portfeli 13 milyon 248 min manat artaraq 255 milyon 666 min manata, ipoteka kreditləri portfeli isə 1 milyon 745 min manat artaraq 63 milyon 379 min manata yüksəlib.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
Ötən ilin sonu ilə müqayisədə Unibankın depozit portfeli 11 milyon 421 min manat və ya 1,6% artaraq 714 milyon 957 min manata, o cümlədən fiziki şəxslərin depozitləri (əmanətləri) 12 milyon 816 min manat artaraq 584 milyon 72 min manata çatıb.
MƏCMU KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR
31 Mart 2022-ci il tarixində "Unibank" 102 milyon 330 min manat məcmu kapitala malik olub
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 7 saat sonra
-
-
3 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
8 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
10 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb




























