Sabahdan Bakıda yeni marşrut xətti açılır
Yasamaldan “Nəriman Nərimanov” metrosuna marşrut xətti açılır.Bakı şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni 9 nömrəli şəhərdaxili müntəzəm marşrut təşkil edilib.
Agentliyin yaydığı məlumata görə, aprelin 26-dan fəaliyyətə başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Yasamal yaşayış kompleksi (MİDA) və “Kristal Abşeron” yaşayış kompleksi, “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları, son dayanacaq məntəqəsi “Nəriman Nərimanov” metro stansiyası olmaqla, hərəkət edəcəklər.
Məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq təşkil edilən marşrut xətti üzrə sərnişindaşımalar müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək: “Marşrut xətti üzrə gediş haqqı 0,30 manat təşkil edir və ödəniş nağdsız formada - “BakıKart”la olacaq.
Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan təxminən 10 min nəfərdən artıq sərnişinin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
XXX
“Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobuslarla aprelin 26-dan Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni təşkil edilmiş 9 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə xidmət göstəriləcəkdir.
Marja xəbər verir ki, bu barədə “Xaliq Faiqoğlu” şirkətinin yaydığı məlumatda bildirilir.
Beləliklə,
- Yasamal Yaşayış Kompleksi və Kristal Abşeron komplekslərində yaşayan minlərlə sakinin metronun “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi” və “Nərimanov” stansiyaları istiqamətinə, eləcə də paytaxtımızın bir sıra yerlərinə birbaşa və rahat daşınması həyata keçiriləcək.
- Metronun “İnşaatçılar” stansiyasından “Nərimanov”a qısa vaxtda və birbaşa getmək mümkün olacaq.
- “Memar Əcəmi”dən ilk dəfə olaraq avtobusla birbaşa “Elit” ticarət mərkəzi, Əhməd Rəcəbli küçəsi və “Nərimanov” metrosuna birbaşa getmək mümkün olacaq.
- Həmçinin 20 Yanvar, 3-cü mikrorayon dairələrindən "Nərimanov"a getmək istəyənlər daha qısa vaxtda ünvana çatacaq. Çünki 9 saylı xətt üzrə avtobuslar “Gənclik” metrostansiyasından keçməyəcək və birbaşa Əhməd Rəcəbli küçəsi istiqamətindən “Nərimanov”a hərəkət edəcək.
Marşrut xətti üzrə sərnişinlərə AVRO-5 standartlarına cavab verən “İsuzu Citibus” və “İsuzu Citiport” markalı iritutumlu avtobuslar xidmət göstərəcək.
Müasir tələblərə cavab verən bu nəqliyyat vasitələri hava sərinlətmə və istilik sistemi ilə təchiz olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























