“40.000.000 Pul Yağışı” lotereyasında növbəti böyük uduş - 200.000 manat qazanıldı
(®) “Azərlotereya” ASC tərəfindən təşkil olunan ani lotereyalar böyük uduşları ilə lotereya həvəskarlarının şansı olmağa davam edir.
“40.000.000 Pul Yağışı” ani lotereyasında növbəti 200.000 manat məbləğində böyük uduş öz sahibinə nəsib oldu. Bu lotereyada olan böyük uduş Azərbaycan ani lotereya oyunlarında tarixində ən böyük məbləğdir.
Bu böyük uduşun şanslı qalibi Ağcabədi rayon sakini Cahandar Süleymanov olub. C.Süleymanov bir müddətdir lotereya oynadığını və qazandığı üçün çox sevindiyini bildirib. “Əvvəlcə gözlərimə inana bilmədim. Bileti bir daha yoxladım. Çox xoşbəxtəm. Udduğum məbləğin bir qismini Yaşat Fonduna verməyi düşünürəm” deyə, o, qeyd edib.
“40.000.000 Pul Yağışı” ani lotereyasında bu yeğanə böyük uduş deyil. 200.000 məbləğində növbəti böyük uduşlar və milyonlarla digər uduş öz şanslı qaliblərini gözləyir.
Lotereyaların təşkilində şəffaflıq və uduş fondları haqqında qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı aydın şəkildə yazılır.
Xatırladaq ki, lotereya bir şans oyunudur. Bu oyunlarda iştirak etmək boş vaxtın səmərəli və əyləncəli keçirilməsi ilə nəticələnməlidir.
“40.000.000 Pul Yağışı” ani lotereyası, eləcə də “Azərlotereya” ASC-nin digər ani lotereyaları “Brilliant”, “Şans ulduzu”, “5X” və “Qızıl” biletlərini bütün “Misli” məntəqələri və lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Maxi.az” mağazalar şəbəkəsində əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
45 d. əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
6 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
6 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı






















