“AzInTelecom” Müştəri Xidmətlərinin “SİMA Token”lə bağlı imkanlarını genişləndirdi
Rəqəmsal transformasiya ilə bağlı elektron imzalara artan tələbatın ödənilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Müştəri Xidmətləri təkmilləşdirilib. Mərkəzi “Şəbəkə” ofisində yerləşən Müştəri Xidmətlərində xidmət operatorlarının sayı artırılıb və texniki imkanlar gücləndirilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, vətəndaş məmnunluğunun artırılması üçün həyata keçirilən təkmilləşdirmə işləri sayəsində “SİMA Token”in verilməsi prosesinin sürətləndirilməsi, eləcə də daha operativ və keyfiyyətli xidmət göstərilməsi mümkün olacaq. Həmçinin bundan sonra Müştəri Xidmətlərində vətəndaş, sahibkar və hüquqi şəxslərlə yanaşı, dövlət qurumlarına da xidmət göstəriləcək.
Bildirilib ki, “SİMA Token” “AzInTelecom” MMC-nin “Elektron imza”nın bazasında yeni yaratdığı “SİMA” rəqəmsal imza platformasına daxildir. İndiyədək “Elektron imza” adı altında təqdim olunan imza sertifikatının funksionallığı dəyişməyib. “SİMA Token”ə “Elektron imza” ilə bağlı şərtlər və qaydalar çərçivəsində sahib olmaq olar.
İmza tələb edilən bütün sahələrdə tətbiqi mümkün olan “SİMA Token”i vətəndaşlar, hüquqi şəxslər, eləcə də sahibkarlar və dövlət qurumları əldə edə bilərlər. 3 iş günü ərzində hazır olan imza sertifikatının alınması zamanı vaxt itkisinin aradan qaldırılması məqsədilə onlayn müraciət imkanı da mövcuddur. Belə ki, lazım olan sənədlərlətoken.sima.az saytı vasitəsilə müraciət etmək olar. İmza hazır olduqdan sonra Bakı üzrə “Şəbəkə” ofisindəki Müştəri Xidmətlərinə, regionlarlarda isə yaxınlıqdakı poçt filialına yaxınlaşmaq lazımdır.
Bundan əlavə, imza sertifikatının itirilməsi, oğurlanılması, texniki zədələnməsi və bu kimi digər hallarda da qeyd edilən ünvanlara müraciət olunmalıdır.
Məlumat üçün bildirək ki, “AzInTelecom” Müştəri Xidmətləri Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 72 ünvanındakı 1 saylı “Şəbəkə” ofisində yerləşir. Müştəri Xidmətləri həftə içi hər gün, eləcə də bayram günləri saat 09:00-dan 18:00-a kimi işləyir.
Qeyd edək ki, “SİMA Token”lə bağlı yaranan çətinlik və suallarla əlaqədar “157” Çağrı Mərkəzinə də zəng etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
5 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























