Putin: Rubl itkiləri kompensasiya edib
"Rusiya iqtisadiyyatında vəziyyət sabitləşir, rublun məzənnəsi ilin əvvəlindəki səviyyələrə qayıdır".
Marja xəbər verir ki. bunu Rusiya Prezidenti Valdimir Putin sosial-iqtisadi məsələlərlə bağlı müşavirədə bildirib.
Rusiyanın "görünməmiş" təzyiqə tab gətirdiyini qeyd edən Putin, "Vəziyyət stabilləşir. Rublun xarici valyutalar qarşısında dəyəri fevralın ilk yarısı səviyyələrinə qayıdıb. Banklardakı vəsaitlər və valyutalar vətəndaşlar üçün yenidən əlçatan olur, əmanətlər artır”, - deyib.
Həmçinin Putin, Rusiyanın xarici ticarətinin rubla və digər ölkələrin milli valyutalarına keçidini sürətləndirməyi tapşırıb.
“Biz etibarlı ticarət tərəfdaşları ilə milli valyutalarla ticarətə keçidi sürətləndirmək də daxil olmaqla, iş dünyasına maksimum dəstək verməliyik”, - Putin deyib.
Putin Qərb ölkələrinin sanksiyalarla istədiklərinə nail ola bilməyəcəyini söyləyib.
Qərb ölkələrinin Rusiya bank sistemini çökdürməyi və bazarlardakı məhsul qıtlığını hədəflədiklərini ifadə edən Putin, "Ancaq Rusiyaya qarşı bu siyasətin nəticə vermədiyini deyə bilərik. Üstəlik, bu sanksiyalar onları tətbiq edənlərə zərər verir. İnflyasiya və işsizlik artır. ABŞ və Avropada iqtisadi vəziyyət pisləşir. Mən avropalıların həyat səviyyəsinin aşağı düşməsindən danışıram”, - ifadələrdən istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























