Elektromobil satışında rekord - 41 DƏFƏ ARTIM
Elektrikli avtomobillərin bazar payı 10 ildə 41 dəfə artıb, satışlar 2021-ci ildə rekord qırıb. Satışların bu il də rekord yeniləyərək 2021-ci ilin rəqəmlərini keçəcəyi gözlənilir.Dünyada elektriklə işləyən avtomobillərin (elektromobil) bazar payı 10 ildə 41 dəfə artaraq 8,3 faizə çatıb. Keçən il elektrikli avtomobil satışı əvvəlki ilə nisbətən 108 faiz artaraq 6,75 milyon ədəd təşkil edib.
İqlim dəyişikliyi ilə mübarizə məqsədləri çərçivəsində ölkələr ənənəvi yanacaq istehlakını azaltmaq üçün aşağı karbon texnologiyalarına keçidi sürətləndirirlər. Elektrikli avtomobillər nəqliyyat sektorundan emissiyaların azaldılmasında kritik rol oynadığından, avtomobil markalarının bu sahədə investisiyaları və marka modelləri sürətlə artır.
Elektrikli avtomobil bazarındakı transformasiya eyni sürətlə satışlarda da özünü göstərir. Keçən il qlobal avtomobil bazarında xalis artımın hamısı elektrikli nəqliyyat vasitələrinin payına düşüb.
Marja.az "EV-volumes.com" saytının məlumatlarına istinadən xəbər verir ki, 2021-ci ildə qlobal elektrikli avtomobil satışları əvvəlki ilə nisbətən 108 faiz artaraq 6,75 milyon ədəd təşkil edib. Pandemiyaya baxmayaraq 2020-ci ildə elektrikli avtomobil satışı 3,24 milyon ədəd olmuşdu.
Elektrikli avtomobillərin bazar payı 2012-ci ildə 0,2% ikən, keçən il rekord satışlar ilə 8,3%-ə çatıb. Beləliklə, elektromobillər 10 ildə bazar payını 41 dəfə artırıb.
Keçən il elektriklə işləyən avtomobillərdə də son 10 ilin ən böyük illik artımı qeydə alınıb.
Ən çox satış Çindədir
Çin keçən il 3,4 milyon ədəd ilə ən çox elektrikli avtomobil satışının qeydə alındığı ölkə olub. Çində satışlar əvvəlki illə müqayisədə 155 faiz və ya 2,06 milyon ədəd artıb.
Avropada 2,3 milyon elektrikli avtomobil satılıb, bu rəqəm 2020-ci ilə nisbətən 66 faiz artıb. ABŞ 735 min elektrikli avtomobil satışı ilə üçüncü yerdə olarkən, Cənubi Koreyada 114 min 500 ədəd elektrikli avtomobil satılıb. Elektrikli vasitə satışı İsrail, Avstraliya, Hindistan və Yaponiyada 10 mini keçib.
Elektrikli avtomobillərin illik istehlakı İrlandiyanın elektrik enerjisi istehsalına bərabərdir
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına görə, 2012-ci ildə il ərzində 130 min elektrikli avtomobil satıldığı halda, bu rəqəm 2021-ci ildə bir həftə ərzində qeydə alınıb.
Ötən ilki satışlardan sonra dünyada elektriklə işləyən avtomobillərin ümumi sayı 16 milyon ədədə çatıb.
2021-ci ildə dünyada elektrikli nəqliyyat vasitələrinin ümumi elektrik istehlakı 30 teravatt saata çatıb. Bu məbləğ İrlandiyanın bir illik elektrik enerjisi istehsalına bərabərdir.
Yeni rekord gözlənilir
Tesla keçən il 936 min elektrikli avtomobil satışı ilə birinci yeri tutub. Ən çox Tesla elektromobili ABŞ-da (352 min), Çində (321 min), Avropada (170 min) satılıb.
Teslanın ardınca Volkswagen (VW) Qrupu (763 min ədəd), BYD (598 min ədəd), GM (517 min ədəd) və Stellantis (385 min ədəd) yer tuturlar.
Dünyada Teslanın "Model-3" və Toyotanın "Camry" modelləri ən çox satılan elektromobillər olub.
Qlobal elektrikli avtomobil satışlarının bu il rekordu yeniləyərək 2021-ci ilin rəqəmlərini keçəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























