Moody's: Rusiyanın avrobondlar üzrə rublla ödənişləri defolt sayıla bilər
Agentlik xarici valyuta istiqrazları üzrə rublla ödənişin müqavilə şərtlərinə cavab vermədiyini bildiribBeynəlxalq reytinq agentliyi Moody's hesab edir ki, Rusiya tərəfindən 2022 və 2024-cü illərdə ödəmə müddəti başa çatan iki istiqraz üzrə aprelin 4-də ABŞ dolları ilə deyil, rublla ödəniş etməsi müqavilələrin şərtlərinə ziddir.
Marja.az-ın məlumatına görə, Agentliyin press-relizində deyilir ki, güzəşt müddətində, yəni mayın 4-nə qədər vəziyyət dəyişdirilməsə, o zaman bunu defolt adlandırmaq olar.
Söhbət “Rusiya-2022” və “Rusiya-2042” avrobondlarından gedir. Agent bank xarici valyutada sifarişləri icra etməkdən imtina etməsi səbəbindən istiqrazların xarici sahibləri ödəniş ala bilməyiblər. Rusiya Maliyyə Nazirliyi bu ödənişlərin həyata keçirilməsi üçün Mərkəzi Bankın 4 aprel 2022-ci il tarixinə olan rəsmi məzənnəsi ilə "Milli Hesablaşmalar Depozitari" SC-yə vəsait köçürüb.
"İstiqraz müqavilələrində dollardan başqa heç bir valyutada geri qaytarılma nəzərdə tutulmur. 2018-ci ildən sonra buraxılan avrobondlar müəyyən şərtlərlə rublla ödənişlərə imkan versə də, 2018-ci ilə qədər buraxılmış istiqrazlarda (o cümlədən "Rusiya-2022" və Rusiya-2042 avrobondları) bu nəzərdə tutulmur”, - agentlik bildirib.
Moody's-in məlumatına görə, investorlar müqavilə şərtlərinə uyğun olaraq ödəmə tarixində xarici valyutada ödənişlər almamışlar.
Martın 5-də Moody's Rusiyada kommersiya fəaliyyətinin dayandırıldığını elan edib. Martın 31-də agentlik Rusiyanın və bir sıra regionlarının reytinqlərini geri götürüldüyünü elan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






