Əmtəə treyderləri Rusiya nefti ilə bağlı sövdələşmələri azaltmağı planlaşdırırlar
Reuters yazır ki, əmtəə treyderləri Rusiyaya qarşı çoxsaylı sanksiyalara görə risklərlə üzləşirlər və Rusiya nefti ilə bağlı sövdələşmələri azaltmağı planlaşdırırlar.Ən böyük əmtəə treyderləri Avropa İttifaqının (Aİ) sanksiyaları səbəbindən mayın 15-dən etibarən Rusiya nefti və yanacağının alışını azaltmağı planlaşdırır.
Marja xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.
Agentlik yazır ki, Avropa sanksiyaları Rusiyadan neft alışına təsir etməsə də, Aİ-nin Moskvaya tətbiq etdiyi maliyyə bazarlarına çıxışın məhdudlaşdırılması səbəbindən şirkətlər alışı məhdudlaşdırırlar.
Martın ortalarında Avropa İttifaqı Rosneft, Qazprom Neft və Transneft-ə qarşı sanksiyalar tətbiq edib. Bu şirkətlərlə sövdələşmələr və əməliyyatlar Aİ yurisdiksiyasında qadağandır, lakin kömür, qaz, neftin idxalı və ya daşınması üçün zəruri olan əməliyyatlar üçün istisna edilir.
“Trafigura” agentliyə bildirib ki, mayın 15-dən etibarən Rusiyadan neft alışlarının daha da azaldılacağını gözləyir.
Ən böyük müstəqil neft treyderi olan "Vitol Group" alışların azaldılması üçün son tarixi şərh etməyib. Əvvəllər şirkət bildirmişdi ki, Rusiya neft əməliyyatlarının həcmi “2022-ci ilin ikinci rübündə cari müqavilə öhdəlikləri azaldıqca əhəmiyyətli dərəcədə azalacaq”. Martın sonunda Reuters yazıb ki, "Vitol" Rusiya neftinin spot alışını dayandırıb, lakin uzunmüddətli müqavilələri yerinə yetirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





