Almaniyada, Rusiyadan enerji təchizatının dayandırılması halında mümkün itkilər 220 milyard avro olaraq qiymətləndirildi
Almaniyanın aparıcı iqtisadi qurumlarının ekspertləri xəbərdarlıq ediblər ki, 2022 və 2023-cü illərdə Rusiyadan enerji tədarükün dayandırılması halında ümumi daxili məhsul itkisi illik istehsal həcminin 6,5%-dən çoxunu təşkil edə bilər.
Rusiya Federasiyasından enerji təchizatı dayandırıldıqda Almaniyanın ümumi itkiləri 2022-2023-cü illərdə təxminən 220 milyard avro (238,2 milyard dollar) təşkil edə bilər.
Marja xəbər verir ki, bu qənaətə Almaniyanın aparıcı iqtisadi qurumlarının, o cümlədən İqtisadi Tədqiqatlar İnstitutunun (Berlin), Ifo İnstitutunun (Münhen), Dünya İqtisadiyyatı İnstitutunun (Kiel) və İqtisadiyyatın Öyrənilməsi İnstitutunun (Essen) ekspertləri gəliblər. Onlar çərşənbə günü ölkə iqtisadiyyatının inkişafı ilə bağlı hesabat təqdim ediblər.
"2022 və 2023-cü illərdə Rusiyadan tədarükün dayandırılması halında ümumi daxili məhsul itkisi illik istehsalın 6,5%-dən çoxunu təşkil edə bilər", ekspertlər xəbərdarlıq edir.
Kieldə yerləşən Dünya İqtisadiyyatı İnstitutunun tədqiqat rəhbəri Stefen Koetz, "Qaz təchizatı dayanarsa, Almaniya iqtisadiyyatı ciddi tənəzzüllə üzləşəcək" deyib.
Çərşənbə günü səhər saatlarında Almaniyanın aparıcı iqtisadi qurumları Ukraynada baş verən hadisələr fonunda 2022-ci ildə ölkə iqtisadiyyatının bərpası ilə bağlı proqnozlarını aşağıya doğru yeniləyiblər. Onların proqnozuna görə, bu il Almaniyanın ÜDM-i cəmi 2,7% artacaq, inflyasiya isə 6,1% olacaq. Payızda ekspertlər 2022-ci ildə ÜDM artımının 4,8%-ə çatacağını güman edirdilər. Eyni zamanda, ekspertlər, əksinə, 2023-cü il üçün iqtisadi canlanma proqnozunu yuxarıya doğru düzəldiblər. Belə ki, onların hesablamalarına görə, gələn il Almaniyanın ÜDM-i 3,1% artacaq. Əvvəllər artımın cəmi 1,9% olacağı güman edilirdi.
Almaniyanın Rusiya qazından təcili imtina edə bilməyəcəyini həm alman ekspertləri, həm də siyasətçilər deyir. Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin rəsmi proqnozuna görə, Rusiya Federasiyasından qazdan tam müstəqilliyə 2024-cü ilin yayına qədər nail olunacaq. Bu il kömür və neft tədarükünün dəyişdirilməsi gözlənilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
-
1 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
4 saat əvvəl
Sabah Bakıda yağış yağacağı, rayonlarında bəzi yerlərdə leysan olacağı gözlənilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!
-
1 gün əvvəl
Çinlə rəqabətə baxmayaraq, Volkswagen Qrupunun 9 aylıq qlobal satışları 1,2% artıb
-
1 gün əvvəl
PashaPay “Bakı Fintex Forumu 2025”də platinum sponsor qismində iştirak edib
-
1 gün əvvəl
"Rusiya-Azərbaycan münasibətlərində böhran yaşandığını söyləmək olmaz, bu, emosiyaların böhranı idi"
-
2 gün əvvəl
BOKT "İdeal Kredit"ə illik 14 faizlə 1 milyon manat borca pul lazımdır - ƏTRAFLI ŞƏRTLƏR
-
2 gün əvvəl
Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR
- 2 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu

"Rusiya-Azərbaycan münasibətlərində böhran yaşandığını söyləmək olmaz, bu, emosiyaların böhranı idi"

BOKT "İdeal Kredit"ə illik 14 faizlə 1 milyon manat borca pul lazımdır - ƏTRAFLI ŞƏRTLƏR
Ən çox oxunanlar

Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan və Qazaxıstan arasında qolf körpüsü quruldu

"FINCA Azerbaijan" 56 investordan 15 faizlə 3 milyon manat borc aldı

Azərbaycanda orta maaş rəqəmi 10 faizə yaxın artıb
