“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov çətin vəziyyətdə - BAŞ NAZİRİN MÜAVİNİNƏ MƏKTUB YAZDI
“Kommersant”: “Lukoyl” şirkəti neft emalı zavodlarını anbarlardakı həddindən artıq mazut ehtiyatları səbəbindən bağlaya bilər. Nəşrin məlumatına görə, şirkət mazut həcmlərinin İES-ə yönləndirilməsini və ətraf mühitə mənfi təsirə görə yüksək cərimələrin müvəqqəti ləğvini təklif edib.
Rusiyada neft emalı, Qərbin sanksiyaları şəraitində, mazutun daşınma həcmində kəskin azalma ilə üzləşib, nəticədə anbarlarda bu yanacağın artıqlığı əmələ gəlib. Anbarların dolması neft emalı zavodlarının bağlanmasına və ya istehsalın azaldadılmasına səbəb ola bilər.
Marja.az-ın məlumatına görə, “Kommersant” qəzeti cümə axşamı müraciətin surətinə istinadən yazır ki, bu barədə “Lukoyl” şirkətinin prezidenti və ortaq sahibi Vahid Ələkbərov martın 25-də Rusiya baş nazirinin müavini Aleksandr Novaka məktubunda bildirib.
Ələkbərov neft emalı zavodlarının bağlanmaması üçün mazut həcmlərinin müvəqqəti olaraq yanacaq kimi İstilik Elektrik Stansiyalarına (İES) yönləndirilməsini və ətraf mühitə mənfi təsirlərə görə yüksək cərimələrin müvəqqəti ləğvini təklif edir.
Qəzet yazır ki, səmt neft qazının yandırılması üçün də eyni güzəştlərə ehtiyac var.
Enerji bazarının qaydalarına görə, istehsalçı şirkətlər mövcud olan ən ucuz yanacaq növündən istifadə etməlidirlər; bu, bir qayda olaraq qazdır. Mazutdan yalnız qaz təchizatında fasilələr yarandıqda və ya onun sərfiyyatının hədləri tükəndikdə istifadə olunur. Rusiya Energetika Nazirliyinin hesabatına görə, 2020-ci ildə mazut İES-lərin ümumi istehlakının 2%-ni təşkil edib.
İES-lərdə mazutdan istifadənin artması ilə əlaqədar olaraq, neft şirkətlərinin ətraf mühitə mənfi təsir üçün ödənişləri artıracaqdır. “Lukoyl” bu cür hallarda, həmçinin səmt neft qazının məşəldə yandırılması halında yüksək cərimənin tətbiqini dayandırmağı təklif edir.
Rusiya Təbii Sərvətlər Nazirliyi hesab edir ki, “Lukoyl”un təkliflərinin təsdiqlənməsi ətraf mühit üçün regional büdcələrdən vəsait çatışmazlığına gətirib çıxaracaq.
Energetika Nazirliyindən qəzetə bildirilib ki, bu məsələ üzərində iş gedir. “Lukoyl” və Təbii Sərvətlər Nazirliyi “Kommersant”a vəziyyəti şərh etməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
2 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 18 saat əvvəl
-
1 gün əvvəl
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!
-
1 gün əvvəl
Çinlə rəqabətə baxmayaraq, Volkswagen Qrupunun 9 aylıq qlobal satışları 1,2% artıb
-
1 gün əvvəl
PashaPay “Bakı Fintex Forumu 2025”də platinum sponsor qismində iştirak edib
-
1 gün əvvəl
"Rusiya-Azərbaycan münasibətlərində böhran yaşandığını söyləmək olmaz, bu, emosiyaların böhranı idi"
-
1 gün əvvəl
BOKT "İdeal Kredit"ə illik 14 faizlə 1 milyon manat borca pul lazımdır - ƏTRAFLI ŞƏRTLƏR
-
1 gün əvvəl
Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

BOKT "İdeal Kredit"ə illik 14 faizlə 1 milyon manat borca pul lazımdır - ƏTRAFLI ŞƏRTLƏR

Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR
Ən çox oxunanlar

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan və Qazaxıstan arasında qolf körpüsü quruldu

"FINCA Azerbaijan" 56 investordan 15 faizlə 3 milyon manat borc aldı

Azərbaycanda orta maaş rəqəmi 10 faizə yaxın artıb
