Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən yeni layihə - sahibkarlara məsləhətlər veriləcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni layihənin icrasına başlayır. Avtomobil daşımaları sahəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, avtomobil daşımaları sahəsinə investisiya cəlb edilməsi, daşıyıcıların sayının artırılması və daşımalar bazarında təklifin genişləndirilməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətində “Daşıyıcı bələdçisi” xidməti təşkil edilib.
Layihə çərçivəsində avtomobil daşımaları sahəsində sahibkarıq fəaliyyəti ilə məşğul olan və yaxud məşğul olmaq istəyən şəxslər müraciətləri əsasında mövcud qanunvericiliyin tələbləri, avtomobil daşımalarının xüsusiyyətləri və digər istiqamətlər üzrə maarifləndiriləcək, onlara məsləhətlər veriləcək və aidiyyəti sualları cavablandırılacaq. Ehtiyac olarsa, sahibkarlara qısamüddətli təlimlər də keçiriləcək.
“Daşıyıcı bələdçisi” xidməti aşağıdakı istiqamətləri əhatə edir:
-Avtomobil daşımaları sahəsində sahibkarlıq fəaliyyətinin təşkili;
-Müntəzəm sərnişin daşımalarına daşıyıcıların cəlb edilməsi qaydası;
-Avtovağzallar və avtostansiyalarla qarşılıqlı münasibətlər;
-Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarına görə vergilərin ödənilməsi xüsusiyyətləri;
-Sürücülərin iş və istirahət rejimi qaydaları;
-Beynəlxalq avtomobil daşımalarında “İcazə” blankları və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli icazələri;
-“BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası” istifadə edilməklə yerinə yetirilən beynəlxalq daşımalar;
-Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) rəsmiləşdirilməsi;
-Avtonəqliyyat vasitələrinin idxalı.
“Daşıyıcı bələdçisi” xidmətindən istifadə etmək istəyən şəxsə avtomobil nəqliyyatı sahəsi üzrə qüvvədə olan digər tənzimləmə normaları haqqında da məlumatlar təqdim edilə bilər.
Xidmət həm onlayn, həm də adi qaydada ödənişsiz həyata keçiriləcək.
“Daşıyıcı bələdçisi” xidmətindən istifadə etmək istəyən şəxslər [email protected] e-poçt ünvanı, https://www.facebook.com/AzDANX rəsmi “Facebook” səhifəsi, (+99412) 514 27 51, (+99450) 404 53 62 telefon nömrələri vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 15 d. əvvəl
-
26 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 30 d. əvvəl
-
42 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb











.jpg)











.jpg)
