“ABAD” məhsulları “Amazon” və “eBay”da alıcılara təqdim olunub
“ABAD” publik hüquqi şəxs və Azexport.az portalının birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələri “Amazon” və “eBay” elektron ticarət platformalarında beynəlxalq alıcılara təqdim olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Marja"ya daxil olmuş məlumata görə, layihənin başlıca məqsədi “ABAD” üzvləri olan fərdi şəxslər tərəfindən ərsəyə gətirilən məhsulların ixrac potensialının artırılması, həmçinin, Azərbaycanın xalq sənətkarlığı nümünələrinin beynəlxalq rəqəmsal mühitdə təbliğinə əlavə dəstək göstərməkdir.
Hazırda “Amazon” və “eBay” platformalarında satışlar əsasən “B2C” və “C2C” seqmentlər arasında həyata keçirildiyindən çəki, qabarit və növü beynəlxalq poçt daşıma tələblərinə cavab verən məhsullar portallara inteqrasiya olunub. Nümayiş etdirilən məhsul sayının və çeşidinin mərhələli şəkildə artırılması nəzərdə tutulub.
Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı məqsədi ilə fəaliyyət göstərir. “ABAD”ın dəstək proqramına biznes-planlaşdırma, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, satışın təşkili və s. kimi xidmətlər daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)









.jpg)








