Renault Rusiyada fəaliyyətini dayandırdı
Moskvada fəaliyyətini davam etdirdiyi üçün tənqid edilən Fransanın avtomobil istehsalçısı Renault Rusiyadakı istehsal fəaliyyətini dayandırdığını açıqlayıb.Renault qrupu Moskvadakı istehsalat müəssisəsindəki fəaliyyətini dayandırıb.
Marja-nın məlumatına görə, Şirkətdən verilən açıqlamada bildirilib ki, Renault da Rusiyanın ən böyük avtomobil istehsalçısı AvtoVAZ-dakı 69 faizlik payı ilə bağlı bütün mümkün variantları nəzərdən keçirir. AvtoVAZ Lada markalı avtomobillər istehsal edir.
Gəlirinin 8 faizini Rusiyadan avtomobil istehsalından əldə edən Renault, bu ölkədəki fəaliyyətini dayandırması nəticəsində əməliyyat mənfəət marjasını 4 faizdən 3 faizə dəyişdirib.
Digər tərəfdən, Ukrayna prezidenti Vladimir Zelenski bu gün Fransa parlamentində videokonfrans vasitəsilə çıxış edərək deyib ki, Fransanın Renault, Auchan və Leroy Merlin şirkətləri “Rusiya müharibəsinin sponsoru” olmağı, qadın və uşaqların “öldürülməsi” üçün Rusiyanı maliyyələşdirməyi dayandırmalıdırlar.
Ötən gün Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba bildirmişdi ki, Renault Rusiyanı tərk etməkdən imtina edir.
“Renault Avropada qəddar müharibəni dəstəkləyir. Mən bütün dünya üzrə müştəriləri və biznesləri Renault Qrupunu boykot etməyə çağırıram”, – o Twitter-də yazmışdı.
Ruiya Sənaye və Ticarət Nazirliyi Renault-nun fəaliyyətinin dayandırılması ilə ilə əlaqədar olaraq Avtovaz və Renault ilə daim əlaqə saxlayır. Nazirlik “Avtovaz”a lokallaşdırma və idxalın əvəzlənməsinin sürətləndirilməsi proqramının davam etdirilməsində köməklik göstərilir.
Qeyd edək ki, Avtovaz ehtiyat hissələri əldə edə bilmədiyindən zavodlarında istehsalı dayandırırb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
18 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
20 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























