"Hərbi əməliyyat və Rusiyaya qarşı sanksiyalar ABŞ-da ərzaq qiymətlərinin artmasına səbəb olacaq"
The Washington Post qəzeti qeyd edir ki, Rusiya kənd təsərrüfatında istifadə edilən gübrələrin və digər kimyəvi maddələrin əsas istehsalçısıdır, münaqişə 2022-ci ildə ABŞ-da yetişdiriləcək məhsullara təsir göstərə bilər.
Amerikalı ekspertlər Ukrayna hadisələri və Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə cari və növbəti illərdə ABŞ-da ərzaq məhsullarının qiymətinin artacağını, üstəlik, kənd təsərrüfatı sahəsində çətinliklərin yaranacağını gözləyirlər.
Marja xəbər verir ki, buu barədə şənbə günü "The Washington Post" qəzetində dərc olunmuş məqalədə deyilir.
Analitiklər deyirlər ki, ABŞ-da istehlak edilən ərzaqların yalnız kiçik bir hissəsi xaricdən, əsasən Meksika və Kanadadan gəlsə də, Ukraynadakı münaqişənin təsiri ərzaq qiymətlərinin daha da artmasına səbəb olacaq, gələn il də yüksək qalacaq. Rusiya kənd təsərrüfatında istifadə olunan gübrələrin və digər kimyəvi maddələrin əsas istehsalçısı olduğundan, münaqişə bu il ABŞ-da yetişdiriləcək məhsullara təsir göstərə bilər.
Məqalədə Amerikanın "Gro Intelligence" tədqiqat şirkətinin qida təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşmış analitiki Uilyam Osnatonun şərhi yer alıb. O qeyd edib ki, hələ fevralın sonunadək dünya buğda bazarında təklif son 14 ildə ən məhdud səviyyədə olub. Nəşrdə qeyd edildiyi kimi, fevralın 25-dən buğda tədarükü üzrə fyuçerslər 29%, qarğıdalı 15%, soya paxlalıları isə 6% bahalaşıb.
Nəşr qeyd edir ki, ABŞ-da buğda qıtlığı yoxdur, lakin dünya bazar qiymətlərindən sonra onun qiyməti artacaq. Təchizat zənciri məsələləri ilə məşğul olan professor, Sirakuza Universitetinin professoru Patrick Penfield amerikalı fermerlər üçün çətinliklərdən danışaraq deyib: “Bir nömrəli problem enerjinin qiyməti, sonra gübrələrin qiymətidir, çünki Rusiya ikinci ən böyük tədarükçüdür. Sonra fermerlərin torpaq üçün tələb etdiyi kimyəvi maddələr."Fermerlər bütün sahələrdə qiymət artımı ilə üzləşəcəklər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
-
3 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
7 saat əvvəl
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!
-
9 saat əvvəl
Çinlə rəqabətə baxmayaraq, Volkswagen Qrupunun 9 aylıq qlobal satışları 1,2% artıb
-
9 saat əvvəl
PashaPay “Bakı Fintex Forumu 2025”də platinum sponsor qismində iştirak edib
-
9 saat əvvəl
"Rusiya-Azərbaycan münasibətlərində böhran yaşandığını söyləmək olmaz, bu, emosiyaların böhranı idi"
-
10 saat əvvəl
BOKT "İdeal Kredit"ə illik 14 faizlə 1 milyon manat borca pul lazımdır - ƏTRAFLI ŞƏRTLƏR
-
10 saat əvvəl
Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"FINCA Azerbaijan" 56 investordan 15 faizlə 3 milyon manat borc aldı
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

"Rusiya-Azərbaycan münasibətlərində böhran yaşandığını söyləmək olmaz, bu, emosiyaların böhranı idi"

Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Azərbaycan və Qazaxıstan arasında qolf körpüsü quruldu

"FINCA Azerbaijan" 56 investordan 15 faizlə 3 milyon manat borc aldı

Azərbaycanda orta maaş rəqəmi 10 faizə yaxın artıb
