"Pegasus" Bakı-Ankara reysi aça bilər
Türkiyə loukosteri "Pegasus Airlines" yaxın zamanda Bakı-Ankara birbaşa reysini işə salmaq niyyətindədir. Bunu şirkətin satış üzrə direktoru Emre Pekesen bildirib.
Onun sözlərinə görə, "Pegasus Airlines" Ankaranın hava limanında iyun ayından çalışmağa başlayacaq və hazırda şirkət Ankara və Bakı arasında birbaşa reysin açılması üçün icazənin alınması üzərində işləyir.
E.Pekesen əlavə edib ki, Türkiyə Mülki Aviasiya İdarəsi bu icazəni artıq verib və hazırda şirkət bu icazənin Azərbaycan Mülki Aviasiya İdarəsi tərəfindən verilməsini gözləyir: "Əgər bu icazə vaxtında verilərsə biz Ankara-Bakı reysini bu yay işə salmaq niyyətindəyik və bundan əlavə, biz Bakını Türkiyənin, Avropanın, Rusiyanın, Yaxın Şərqin və Şimali Afrikanın 20-dən artıq şəhərləri ilə birləşdirmək istəyirik".
Satış üzrə direktor qeyd edib ki, Azərbaycan "Pegasus Airlines" üçün həmişə vacib bazar olub və qalır.
Qeyd edək ki, "Pegasus Airlines" - Türkiyənin aviaşirkətidir və 77 təyyarədən ibarətdir. 2016-cı ildə şirkət 24 milyondan artıq sərnişin daşıyıb.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
© Trend
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















