Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Putin Zelenski ilə görüşə qarşı deyil, Rusiya və Ukraynanın mövqeləri yaxınlaşıb" - Çavuşoğlu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Putin Zelenski ilə görüşə qarşı deyil, Rusiya və Ukraynanın mövqeləri yaxınlaşıb" - Çavuşoğlu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşün əleyhinə deyil.

Marja xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Mövlud Çavuşoğlu hesab edir ki, danışıqlar zamanı bəzi məsələlərdə Rusiya və Ukraynanın mövqeləri yaxınlaşıb.

"Onlar arasında ciddi danışıqlar davam edir. Türkiyə neytral ölkə olduğu üçün hər iki tərəfə güvənir. Status məsələləri var, istər Ukraynanın NATO-ya üzv olması, istər neytrallıq siyasəti və sairə. Biz görürük ki, bəzi məsələlərdə onların mövqelərində  yaxınlaşma var”, - Çavuşoğlu bildirib.

Yeri düşmüşkən qeyd edək ki, Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Rusiya ilə danışıqlarda son deyil, kompromis dialoq artıq başlayıb” deyib.

HəmçininPodolyak "Ukrayna artıq çox yüksək bədəl ödəyib (ölkə çox böyük zərər çəkib), ona görə də müharibəni yalnız öz şərtləri ilə bitirəcək", - vurğulayıb.

Rusiya Silahlı Qüvvələri mövqe döyüşlərində ilişib qalıblar, hələ də havada üstünlüyə malikdirlər, lakin uduzduqları üçün quruda Ukrayna Silahlı Qüvvələri ilə qarşılaşmaq istəmirlər, - "Ukrayna 24" efirində Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

13.03.2022 15:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18