Neft embarqosunun Rusiyaya təsiri necə olacaq?
ABŞ və Böyük Britaniyanın embarqo qərarı Rusiyanın xam neft və neft məhsulları ixracının təxminən 3 faizinə təsir edəcək. Bu səbəbdən embarqo qərarının neft qiymətlərinə təsirinin məhdud olacağı gözlənilir.
ABŞ və Böyük Britaniyanın Ukraynadakı müharibə ilə əlaqədar Rusiya neftinə embarqo qoyması bu ölkələrin neft idxalında Rusiyanın payını gündəmə gətirib.
Marja xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (UEA) məlumatlarına görə, Rusiyanın xam neft və neft məhsulları ixracı gündəlik 10,5 milyon barel səviyyəsindədir. Bu həcmin 7,8 milyon barrelini xam neft təşkil edir. Rusiya ABŞ və Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük neft istehsalçısıdır.
Keçən il xam neft və neft məhsulları ixracından təxminən 180 milyard dollar gəlir əldə edən Rusiya ümumi xam neft və neft məhsulları ixracının 1,5 faizini Böyük Britaniyaya, 1,3 faizini isə ABŞ-a edib.
Belə ki, ABŞ və Böyük Britaniyanın açıqladığı embarqo qərarı Rusiyanın xam neft və neft məhsulları ixracının 2,8 faizini əhatə edəcək.
Bu səbəbdən embarqo qərarının neft qiymətlərinə təsirinin məhdud olacağı gözlənilir. Avropanın neft embarqosu tətbiq edəcəyi təqdirdə neft qiymətlərinin artacağı gözlənilir. Belə ki, Rusiya ixrac etdiyi xam neft və neft məhsullarının 40 faizini Avropaya göndərir.
Brent markalı neftin barel qiyməti, Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevraldan martın 8-nə kimi 37,6 faiz artaraq 96,6 dollardan 133 dollara yüksəlib.
ABŞ-ın neft məhsulları idxalının 9 faizi Rusiyadan gəlir
ABŞ-a xam neft və neft məhsullarının ümumi idxalında Rusiyanın payı 9 faiz, Böyük Britaniyanın idxalında isə 19 faizdir.
TankerTrackers.com-un məlumatlarına görə, ABŞ-ın Rusiyadan sifariş etdiyi sonuncu neft yüklərinin dəyəri 600 milyon dollar təşkil edib.
ABŞ Ukraynaya hücumun başladığı 24 fevraldan bəri Rusiyadan neft idxalını sıfıra endirib.
ABŞ uzun fasilədən sonra Rusiya neftinə embarqo ehtimalını gündəmə gətirdiyi üçün artıq sanksiya tətbiq etdiyi Venesuela ilə rəsmi təmaslara başlayıb.
Digər tərəfdən, Rusiya neftinə qoyulan qadağanın ABŞ-da bir qallon üçün 4 dollardan yuxarı qalxan benzinin qiymətini daha da artıra biləcəyinə dair tənqidlər var.
Dünyanın ən böyük neft hasilatçısı olan ABŞ-ın ilk növbədə Rusiya neftini müxtəlif ölkələrdən tədarük edə və ortamüddətli perspektivdə onun hasilatı ilə əvəz edə biləcəyi nəzərdə tutulur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
4 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
9 saat əvvəl
DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsində sənədlər tədqiq edilib
-
10 saat əvvəl
“Alshaya Group” şirkətinin təcrübələrinin ölkəmizə transferi müzakirə olunub
- 10 saat əvvəl
-
11 saat əvvəl
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib - 50 DOLLARI DA KEÇDİ
-
12 saat əvvəl
“Azerconnect Group” regionun ən böyük kibertəhlükəsizlik tədbirinə dəstək oldu
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
İlham Əliyev: Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib - 50 DOLLARI DA KEÇDİ

“Azərikard”dan Mərkəzi Bankın qərarı ilə bağlı AÇIQLAMA

AzVak-da yeni vakansiyalar
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Putin və Əliyevin görüşündə əsas bəyanatlar

Xalq Bank əmanət məhsulları üzrəşərtlərini yenilədi -Bank sərfəli kampaniya təqdim edir

Putin: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcək, günahkarlar cəzalandırılacaq

Putin və Əliyev Düşənbədə görüşdülər
