Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Makron fransızlara ərzaq qiymətlərinin artması ilə bağlı xəbərdarlıq edib

Fransa prezidenti bildirib ki, bütün məhsullar üzrə qiymətlər artır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Makron fransızlara ərzaq qiymətlərinin artması ilə bağlı xəbərdarlıq edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Marja xəbər verir ki, Apreldə keçiriləcək seçkilərdə ikinci müddətə namizədliyini irəli sürən Fransa prezidenti Emmanuel Makron Ukraynada davam edən münaqişə səbəbindən fransızların ərzaq qiymətlərinin artması ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

"Demək istəyirəm ki, bu böhran bizim həyatımıza təsir edəcək", - Fransa lideri Puissy (paytaxt regionu) kommunasında keçirdiyi ilk seçki iclasında bildirib.

Reklam_3_11

"Bütün məhsullar üzrə qiymətlər artır. Qarğıdalı, buğda, yem bahalaşır. Fermerlər artıq çətin vəziyyətdədir", - Makron bildirib.

"Aydındır ki, vəziyyət digər ilkin tələbat mallarının qiymətlərinə təsir edəcək", - Fransa lideri deyib.

"Qısa müddətdə bu, fransızların alıcılıq qabiliyyətinə mənfi təsir edəcək", - Makron əlavə edib.

Fransada prezident seçkiləri iki turda - aprelin 10-da və 24-də keçiriləcək. Bazar ertəsi Konstitusiya Şurası Makronu və prezident marafonunda iştirak edəcək daha 11 namizədi qeydə alıb.

08.03.2022 09:15

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18