Azərbaycanda 11 bankın mənfəət vergisi ödəmələri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın ötənilki mənfəət vergisi ödəmələri əvvəlki illə müqayisədə çox olub.
Bunlar “Rabitəbank”, “Zıraat Bank Azərbaycan”, “AFB Bank”, “Bank of Baku”, “Premium Bank” və “PAŞA Bank” ASC-lərdir. Ən yüksək dinamika “Rabitəbank”da (7,4 dəfə), ən aşağı dinamika isə “PAŞA Bank”da (13,9%) qeydə alınıb.
11 bankın – “Turan Bank”, “Azərbaycan Beynəlxalq Bankı” “Naxçıvan Bank”, “Azər-Türk Bank”, “Kapital Bank”, “Xalq Bank”, “Bank Avrasiya”, “Azərbaycan Sənaye Bankı” və “Unibank” ASC-lərin, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin və İran Milli Bankının Bakı filialının isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Unibank”da (100%), ən az azalma isə “Turan Bank”da (2,3%) qeydə alınıb.
1 bank – “Express Bank” 2020-ci ildə mənfəət vergisi ödəsə də, 2021-ci ildə vergi ödəmələrinə qənaət edib. Qalan 8 bank isə həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
9 bank ötən il mənfəət vergisi ödəməyib
Azərbaycanda 9 bank ötən il mənfəət vergisi ödəməyib
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-u ötən il mənfəət vergisi ödəməyib.
Bunlar “Bank BTB”, “Bank VTB Azərbaycan”, “Günay Bank”, “Muğan Bank”, “Unibank”, “Yelo Bank” və “Express Bank” ASC-lər, “Access Bank” QSC, Pakistan Milli Bankının Bakı filialıdır. Onlardan 1-i 2021-ci ili zərərlə başa vurmuş Pakistan bankıdır ki, onun da vergi ödəməməsi təbiidir.
Qalan 17 bank isə müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank” ASC-də (51,413 milyon manat), ən aşağı göstərici isə İran Milli Bankının Bakı filialında (4 min manat) qeydə alınıb.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















