Mercedes-Benz Rusiyada istehsalını dayandıracaq, ölkəyə avtomobil ixrac etməyəcək
Almaniyanın Mercedes-Benz avtomobil istehsalçısı Rusiya Federasiyasına avtomobillərin satışını və onun ərazisində istehsalını dayandıracaq.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü axşam şirkətin Twitter səhifəsində yayılan məlumatda deyilir.
“Mercedes-Benz” Rusiyaya minik avtomobilləri və furqonların ixracını, habelə Rusiyada yerli istehsalı olan avtomobillərin ixracını növbəti bildirişə qədər dayandıracaq”, - məlumatda deyilir. Bu qərarın səbəbləri açıqlanmır.
Fevralın 28-də “Handelsblatt” qəzeti yazıb ki, Mercedes-Benz konserninin tərkibinə daxil olan alman yük maşınları istehsalçısı “Daimler Truck” Ukraynada baş verən hadisələrə görə Rusiyanın “Kamaz”ı ilə bütün əməkdaşlığı dayandırır.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























