"Mağaza şəbəkələri iflic vəziyyətə düşə bilər"
Borca pul əldə etmək istəyən vətəndaşlar arasında banka və ya bank olmayan kredit təşkilatlarından başqa yerə üz tutanlar da var. Əsasən, kredit şərtləri ilə məişət avadanlıqları satan mağazalara. Daxili kredit şərtləri ilə aldığı əşyanı başqa bir yerə daha ucuz qiymətə satan müştəri özünü sanki istehlak krediti almış kimi hiss edir. Bəs bu nə qədər doğrudur? Belə davranan müştərilər risk qrupuna daxildirmi? Bu cür hallara nəzarət mexanizmi varmı?
Ekspert Xalid Kərimov bildirib ki, bu məsələdə əsas diqqətçəkən məqamı gözdən qaçırmamaq lazımdır. Belə ki, kredit institutları, banklar, bank olmayan kredit təşkilatları tərəfindən vətəndaşlara verilən kreditlər qeydiyyata düşür.
“Yəni, müştərilərin götürdüyü kreditlər kredit reyestrində Mərkəzi Bank tərəfindən qeydiyyata alınır. Digər banklar və kredit təşkilatları həmin müştəri ilə qarşılaşanda açıb həmin reyestrdən müştərinin öhdəlikləri üzrə vəziyyətə baxıb, nə qədər kredit ala biləciyinə dair analiz edirlər. Bu, birincisi, bank sektoru üçün problemli kreditlərin qarşısının alınmasına gətirib çıxardır. İkincisi isə, müştərilərin hamısı savadlı olmadıqları və öz gəlirlərini, rikslərini hesablaya bilmirlər. Reyestrin mövcudluğu müştərinin çox pis vəziyyətə düşməsinin də qarşısını alır", - deyə ekspert bildirir..
Şirkətlər tranzaksiyaya gedəndə ehtiyatlı olmalıdır
X. Kərimovun sözlərinə görə, ancaq müştəri kredit reyestrində qeydiyyatda olmayan kommersiya qurumlarından borc götürəndə heç bir ümumi yerdə qeydiyyata düşmür: "Şirkətlər öz vəsaitləri hesabına kredit verə bilirlər, yəni öz məhsullarını taksitlə - hissə-hissə ödəniş şərti ilə müştəriyə verə bilirlər. Bu da ona gətirib çıxarır ki, müştəri yüklənmiş olur, bu informasiya qeydiyyata düşmədiyinə görə, o, əlavə borclanma imkanı da əldə etmiş olur. Belə olan halda, müştəri yenidən maliyyə cəlb edir. Məsələn, avadanlığı götürür və dəyər-dəyməz qiymətə satır. Yəni o, bir borcu digər borcla maliyyələşdirir. Eyni zamanda, daha ağır borc yükünün altına girmiş olur. Şirkətlər bu cür tranzaksiyaya gedəndə ehtiyatlı olmalıdır. Çünki insanlar ciddi maliyyə problemi olanda bu cür davranırlar".
Şirkətlərin dayanıqlığına və bizneslərin davam etməməsinə problem yarada bilər
O hesab edir ki, məişət avadanlıqları və mebel satan şirkətlər çalışmalıdırlar, bu cür maliyyələşməni banklar, taksit kartlar vasitəsilə həyata keçirsinlər. İndiki vəziyyət həmin şirkətlərin dayanıqlığına və pulun toplanmasına ciddi problem yaradacaq:
“Hazırda satış görünəcək, amma sonra müştəridən pulun geri alınmasında problem yaranacaq. Burada məsələ ondan ibarətdir ki, obrazlı desək, müştərinin bir tərəfi ağrıyır, həmin ağrını aradan qaldırmaq üçün daha böyük ağrının altına girir. Müştəri problemini həll etmək üçün 100 manat qaytara bilmirdisə, 150 manat olan öhdəliyin altına girir. Bu proseslərin tənzimlənməməsi və qeydiyyata alınmaması müştərini ağır yükün altına salır, həm də kredit verən şirkətlər sabah həmin pulları toplaya bilməmək riski ilə qarşılaşırlar. Bu da həmin şirkətlərin dayanıqlığına və bizneslərin davam etməməsinə problem yarada bilər”.
Mağaza şəbəkələri iflic vəziyyətə düşə bilər
Banklar üzrə ekspert Əkrəm Həsənov deyir ki, bunun qarşısını almağı bir neçə il əvvəl təklif edib: "Təəssüf ki, həmin təklif keçməyib".
Onun sözlərinə görə, 2016-cı ildə "Kredit büroları haqqında" qanun qəbul olundu. Kredit bürosu da kredit tarixçələrinin formalaşdığı bir yerdir. Buna hərdən “qara siyahı” da deyilir. Hər kəs bank və ya bank olmayan kredit təşkilatlarından kredit götürəndə məlumat həmin kredit bürosuna gedir. Həmin tarixçədə də yalnız banklar və banklar olmayan kredit təşkilatları var. Mağazalar və ya digər məişət texnika şəbəkələrindən götürülən kreditlərin məlumatlarının bu büroya daxil olmaması böyük problemdir.
Vətəndaş mağaza şəbəkələrinin məlumatsızlığından istifadə edərək, bank qarşısında borcunu bağlayır, amma həmin mağaza qarşısında borcu qalır. Bu da mağaza şəbəkələrini iflic vəziyyətə sala bilir”, - deyə ekspert bildirib.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
12 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 12 saat əvvəl
-
13 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
13 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
13 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
14 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir




















.jpg)

