Rusiya “DXR” və “LXR”in “müstəqilliyi”ni tanıyıb

Rusiya Ukrayna ərzisindəki qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın "müstəqilliyini" tanıyıb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya ilə xalqa müraciətində bildirib.
Daha sonra Rusiya Prezidenti "Luqansk və Donetsk xalq respublikaları"nın "müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.
Putin Donbasda vəziyyətin kritik həddə çatdığını bəyan edib və Federal Məclisdən lazımi sənədləri ratifikasiya etməyi xahiş edib.
Rusiya Prezidenti Vladimir Putin silahlı qüvvələrə “DXR” və “LXR”də sülhü təmin etmək tapşırığı verib. Bu barədə fərman rəsmi hökumət portalında dərc edilib.
Zelenski Ukrayna xalqına müraciət edib
Ukrayna prezidenti Volodimir Zelenski “DXR” və “LXR”in “müstəqilliyi”nin Rusiya tərəfindən tanımasından sonra xalqa müraciət edib.
Zelenski ölkəsinin ərazi bütövlüyü və suverenliyinin pozulduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, bu tanınma ilə Rusiyanın Minsk razılaşması və Normandiya formatından çıxdığını göstərir və münaqişənin sülh yolu ilə həllinə mane olur.
Bununla belə, dövlət başçısı çıxışına nikbin notlarla yekun vurub: “Yuxusuz gecə üçün səbəb yoxdur”, deyə Zelenski vurğulayıb.
Bayden yeni sanksiyalar barədə fərman imzaladı
ABŞ Prezidenti Co Bayden “DXR” və “LXR”in “müstəqilliyi”nin Rusiya tərədindən tanımasına cavab olaraq yeni sanksiyalara dair fərman imzalayıb.
Sənəd “DXR” və “LXR”ə yeni sərmayələrin qoyulmasını qadağan edir.
Sənəddə göstərilir ki, ABŞ-ın fiziki və hüquqi şəxslərinin “DXR” və “LXR”ə yeni sərmayə qoyması qadağan edilir. Bundan başqa, ABŞ mallarının, texnologiyasının Ukraynanın ərazilərə idxalı və ixracı qadağan edilir.
Bayden bildirib ki, sözügedən tanınma Minsk razılaşmasına ziddir və Ukraynada sülhə təhlükə yaradır. Bu həm də ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır.
NATO: “DXR” və “LXR”in tanınması münaqişənin həlli istiqamətində səyləri zəiflədir
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınmasını pisləyib.
Bu barədə NATO Baş katibinin bəyanatında qeyd olunub.
Bildirilib ki, bu qərar Ukraynanın suverenliyini və ərazi bütövlüyünü zədələyir, münaqişənin həlli istiqamətində səyləri zəiflədir və Rusiyanın tərəfdar olduğu Minsk razılaşmalarını pozur.
"2015-ci ildə Rusiyanın da daxil olduğu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə tam hörmət etdiyini təsdiqləyib. Donetsk və Luqansk Ukraynanın bir hissəsidir", bəyanatda vurğulanıb.
NATO-nun Baş katibi bildirib ki, hərbi alyans Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. "Müttəfiqlər Rusiyanı mümkün qədər sərt şəkildə, diplomatiya yolunu seçməyə, Ukrayna və onun ətrafına kütləvi hərbi birləşmələri toplamağı dərhal dayandırmağa və beynəlxalq öhdəliklərinə uyğun olaraq qoşunlarını Ukraynadan çıxarmağa çağırır", Stoltenberq bildirib.
Avropa İttifaqı “Donetsk və Luqansk respublikalarının” "müstəqilliyi"nin tanınmasını qınayıb
"Avropa Komissyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya prezidentinin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin qeyri-hökumət nəzarətində olan ərazilərinin müstəqil qurumlar kimi tanınması ilə bağlı qərarını ən sərt şəkildə pisləyir".
Bu barədə Avropa Komissiyası və Aİ Şurası prezidentlərinin birgə bəyanatında bildirilib.
Aİ liderləri bildirib ki, bu addım beynəlxalq hüququn, eləcə də Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır: "İttifaq bu qanunsuz əməldə əli olanlara qarşı sanksiyalarla reaksiya verəcək. İttifaq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir", birgə bəyanatda qeyd olunub.
Conson: Rusiyanın "DXR" və "LXR"-i tanıması beynəlxalq hüququn pozulmasıdır
Rusiyanın Ukrayna ərazisindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın "müstəqilliyini" tanıması beynəlxalq hüququn və Ukraynanın suverenliyinin pozulmasıdır.
Bunu Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib.
““Donetsk və Luqansk respublikalarının” tanınması beynəlxalq hüququn aşkar surətdə pozulmasıdır. Bu həm də suverenlik və ərazi bütövlüyün pozulması, Minsk razılaşmasından imtinadır. Zənnimcə, bu, çox pis əlamətdir. Bu həm də, vəziyyətin səhv yöndə inkişaf etdiyini göstərir” – deyə Conson xəbərdarlıq edib.
Quterreş: "“DXR” və “LXR”in tanınması BMT Nizamnaməsinə uyğun deyil"
Rusiyanın “DXR” və “LXR”in “müstəqilliyi”ni tanınması BMT Nizamnaməsinə uyğun deyil.
Bunu BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik bildirik.
Düjarrik qeyd edib ki, Baş katib Antonio Quterreş bu tanınmanı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə zidd hesab edir, BMT Nizamnaməsinin tələblərinə uyğun olmadığını bildirir.
BMT Ukrayna ilə bağlı müzakirələrə başlayıb
BMT TŞ Ukraynadakı vəziyyətlə bağlı müzakirələrə başlayıb.
Albaniya, Britaniya, İrlandiya, Meksika, Ukrayna, Fransa və ABŞ-ın təşəbbüsü ilə keçirilən iclas saat 21.00-da (Bakı vaxtı ilə bu gün saat 06.00) başlayıb. Tədbirdə Ukrayna və Rusiyanın qurumdakı daimi nümayəndələri də iştirak edirlər.
Ukraynadakı amerikalı diplomatlar Polşada gecələyəcəklər
Ukraynada fəaliyyət göstərən amerikalı diplomatlar təhlükəsizlik məqsədi ilə gecəni Polşada keçirəcək, səhər isə Lvova işə qayıdacaqlar.
Bunu jurnalistlərə ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
“Dövlət Departamenti ABŞ vətəndaşlarının, o cümlədən öz əməkdaşlarının təhlükəsizliyi üçün yeni tədbirlər görür. Təhlükəsizlik məsələsinə görə, Departamentin Lvovda olan heyəti gecəni Polşada keçirəcək. Onlar diplomatik xidmət aparmaq üçün müntəzəm olaraq Ukraynaya gələcək və gecə Polşaya qayıdacaqlar” – deyə Blinken qeyd edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
3 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
3 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
3 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 4 saat əvvəl
-
4 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
