Britaniyanın avtomobil istehsalçısı milyard dollarlıq IPO keçirməyi planlaşdırır
Böyük Britaniyanın Lotus şirkəti böyüməni sürətləndirmək üçün milyard dollarlıq IPO keçirməyi planlaşdırırBöyük Britaniyanın idman avtomobil istehsalçısı "Lotus", Uhanda (Wuhan) ən müasir zavodun açılışı və 2030-cu ilə qədər istehsalı ildə 100.000 avtomobilə çatdırmaq kimi iddialı hədəflərə nail olmaq üçün bir neçə milyard dollarlıq IPO (İlkin Kütləvi Təklif) planlaşdırır. Marja xəbər verir ki, bu barədə bazar ertəsi “The Times” nəşri məlumat yayıb.
Bu məqsədlə "Lotus"un sahibi Çin şirkəti "Geely" Şanxayda IPO-ya səbəb ola biləcək işlərə başlayıb. Qiymətli kağızların Nyu-York və ya Londonda yerləşdirilməsi də mümkündür. "Geely" indi potensial investorlarla danışıqlar aparır və onlara Britaniya şirkətini - ilk növbədə idman avtomobilləri istehsalçısını premium avtomobil istehsalçısına, həyat tərzi avtomobil markasına çevirmək perspektivini təqdim edir.
Gələn il Vuhanda açılacaq zavodda ilk tam elektrik Lotus 4x4 SUV-nin istehsalına başlanması planlaşdırılır. Modellər elektrikli avtomobillər üçün artan Çin bazarı üçün nəzərdə tutulub və həmçinin Böyük Britaniya, Yaponiya və ABŞ-da ənənəvi Lotus bazarlarına təqdim ediləcək.
Uhandakı zavodda istehal olunacaq Britaniya yolsuzluq avtomobilinin qiyməti təxminən 100 min funt-sterlinq (135,8 min dollar) olacaq (ən bahalı "Range Rover" ilə eyni qiymətə). Lakin Lotus 4x4 SUV "Bentley Bentayaga" və "Aston Martin" DBC" kimi premium modellərdən ucuz olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























