Bakıda yolu bağlayan TIR şirkətinin rəhbəri ilə bağlı istintaqa xeyli şikayətlər daxil olub
Yükdaşıma xidmətləri ilə məşğul olan və bu yaxınlarda barəsində cinayət işi qaldırılaraq həbs edilən "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərovla bağlı istintaqa xeyli şikayətlər daxil olub.
Məlumata görə, R.Cəfərovun Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min ABŞ dollarından çox dəyəri olan yükü ələ keçirdiyi, Anar İsgəndərov, Elman Əkbərov, İftixar Mehdiyev və Əlikram Məmmədov adlı vətəndaşlara məxsus ümumilikdə 68 min ABŞ dolları dəyərində mal və məhsulların daşınmasında onlara maddi ziyan vurduğu üzə çıxıb.
Habelə anoloji qanunazidd hərəkətləri ilə bağlı Alim Hüseynovun da şikayətçi olduğu məlum olub.
Qeyd edək ki, fevralın 17-i səhər saatlarında "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı R.Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə R.Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbs olunublar.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 saat sonra
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
22 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























