2022-ci ildə bankları ən çox narahat edən risk açıqlandı
“2022-ci ildə bizi narahat edən ən böyük amil dünyadakı bahalaşmadır. Artıq Azərbaycanda inflyasiya göstəricisi əmanət faizlərindən yüksəkdir və belə bir vəziyyət əmanətlərin artmasını zəiflədə, hətta azalmasına səbəb ola bilər”.
Marja xəbər verir ki, bunu jurnalistlər ilə görüşündə “Yelo Bank” ASC-nin İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
Təcrübəli bankir qeyd edib ki, Dünya ölkələrində, o cümlədən Azərbaycanda da inflyasiya yüksəlməkdədir. Yanvarda 12,5% təşkil etmiş illik inflyasiya bankların əmanət faizlərini xeyli üstələyib: “Əmanətçi banka əmanət yerləşdirərək bankdan və şərtlərdən asılı olaraq illik 7-11% civarında gəlir əldə edir, digər tərəfdən qiymətlər illik 13%-ə yaxın artıb. Bu o deməkdir ki, pul daha çox ucuzlaşdığından əmanətçilər real olaraq qazanmayıblar. Belə bir vəziyyət bankların əmanət portfellərinin artım tempinin zəifləməsi, hətta azalması ilə nəticələnə bilər. Digər tərəfdən də, əhalinin və investorların öz vəsaitlərini bank əmanətlərindən başqa sərmayə edəcəkləri alətlər yox dərəcəsindədir. Əmanət faizlərindən yüksək inflyasiyaya baxmayaraq bir çox müştərilər pulunu evdə saxlamaqdansa, bankda saxlamağa üstünlük verəcəklər. Çünki əmanət faizləri inflyasiya ilə itirilən qazancın bir hissəsini kompensasiya edir. Əmanətinə sırf gəlir kimi baxan əmanətçilərin qərarlarında isə dəyişiklik ola bilər. Növbəti aylarda qarşımızda bu kimi risklər var”.
Anar Həsənov vurğulayıb ki, bank sektorunun əmanətlərdən asılılığı çox güclüdür: “Biz öz fəaliyyətimizi əsasən depozitlər üzərində qurmuşuq”.
Anar Həsənov əlavə edib ki, “Yelo Bank” keçən ilin yanvar ayından bəri 2022-ci ilin yanvar ayı da daxil olmaqla hər ayı gəlir ilə başa vurub. “Yelo Bank” 2022-ci ildə daha çox ehtiyat yaratmağa və regionlarda filial şəbəkəsinin genişləndirilməsinə fokuslanacaqdır.
"Yelo Bank"ın sədri qeyd edib ki, 2021-ci il gözlədiklərindən də yaxşı olub: "3 milyon manat xalis mənfəət gözləyərkən ili 12 milyon manata yaxın xalis mənfəət ilə başa vurduq. Pandemiya ilə əlaqədar təxirə salınmınş tələbin bir hissəsi ötən il reallaşdırıldığı və Qarabağın bərpasına investisiyalar artdığı üçün iqtisadiyyat canlandı, bank xidmətlərinə və kreditlərə tələb artdı".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















