"Lukoil" "Şahdəniz"də payını artırıb
Rusiyanın "Lukoil" şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" layihəsində Malayziyanın "Petronas" şirkətindən aldığı pay üzrə sövdələşməni başa çatdırıb.
Şirkətin yaydığı məlumata görə, yeni sazişlərə uyğun olaraq, "Lukoil" "Petronas"dan aldığı 9,99% payın dəyəri 1,45 mlrd. dollar təşkil edib.
Xatırladaq ki, 2021-ci ilin dekabrında "Lukoil" şirkəti "Şahdəniz" layihəsində Malayziyanın "Petronas" şirkətindən bu ilin oktyabrında imzalanan payın alınmasına dair sazişə düzəlişlərin imzalandığını elan edib. Yeni sazişlərə uyğun olaraq, "Lukoil"un "Şahdəniz"də alacağı payı 15,5%-dən 9,99%-ə, əməliyyat məbləği isə proporsional olaraq 2,25 mlrd. ABŞ dollarından 1,45 mlrd. dollara endirilib. Bu dəyişikliklərin imzalanması "Şahdəniz" layihəsi üzrə tərəfdaşlarla üstünlük hüquqlarının həyata keçirilməsinə dair danışıqların nəticəsi olub.
Qeyd edək ki, BP özünün əməliyyatçısı olduğu "Şahdəniz" yatağı üzrə "Petronas" şirkətindən 1,16% iştirak payını 168 mln. dollar məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ "Petronas" tərəfindən öncə elan edilmiş "Şahdəniz" üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin "Şahdəniz"dəki ümumi iştirak payı 29,99% təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq.
Bundan başqa, SOCAR da "Petronas"a məxsus olan 4,35%-lik iştirak payını alıb. Bununla da SOCAR-ın "Şahdəniz"də birbaşa iştirak payı 14,35%-ə yüksəlib.
Xatırladaq ki, ilin oktyabr ayında "Petronas" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında payının satışı ilə bağlı təklifini bütün layihə iştirakçılarına təqdim edib.
"Şahdəniz" layihəsində həmçinin AzSD, "SGC Upstream", NICO və TPAO şirkətləri iştirak edir.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















