Anar Rzayev: "Van der Val Intl. Transport Bakı" şirkətinə rəhbərlik etmişəm"
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev mətbuatda ən çox icazələrin verildiyi deyilən "Van der Val Intl. Transport Bakı" daşıma şirkətinin əvvəllər rəhbəri olduğunu, hazırda isə qardaşının rəhbərlik etdiyini təsdiqləyib.
Xidmət rəisi bu barədə müsahibəsində bildirib. O qeyd edib ki, 1996-2013-cü illərdə "Van der Val Intl. Transport Bakı" şirkətinə rəhbərlik edib:
“Van der Val Intl. Transport Bakı" şirkətinin 1996-2013-cü illərdə rəhbəri olmuşam. Bu doğrudur. Amma bu şirkətin Niderlandın ofşor şirkəti olması doğru deyil. Azərbaycanda olan şirkət ofşor ola bilməz. Hazırda isə bu şirkətə qardaşım rəhbərlik edir”.
A.Rzayev bildirib ki, hazırda şirkətlə heç bir əlaqəsi yoxdur:
“Mən 1996-2013-cü illərdə "Van der Val Intl. Transport Bakı" şirkətinə rəhbərlik etmişəm. Daha sonra ayrılaraq bu ilin avqustunadək akademik fəaliyyətlə məşğul olmuşam. Sözügedən şirkətə qardaşım İlqar Rzayev rəhbərlik edir. Bu doğrudur ki, qardaşım orda qalıb işləyir. Akademik fəaliyyətlə məşğul olanda da və indi də hansısa formada bu şirkətlə maliyyə və digər əlaqələrim yoxdur. Mən ayrılanda şirkətin 60-a yaxın avtomobili var idi. İndi istifadə olunan “DAW” avtomobillərini də ölkəyə ilk gətirənlər biz olmuşq. Hazırda isə şirkət 15 maşından ibarətdir, heç də böyük şirkət deyil”.
O, həmçinin vəzifədə olması səbəbindən ən çox daşımaçılığın qardaşının şirkətinə verilməsilə bağlı səslənən iddialara da aydınlıq gətirib: “Mən dəvət edirəm, gəlin, bütün daşıyıcılarla görüşün, soruşun. Bölgüdə icazələrə üstünlük verilir, şirkətə üstünlük verilmir. Vaxtilə xüsusi defisit icazələr var idi, heç olmasa, onlardan biri həmin şirkətə ayrılıbmı? Xahiş edirəm, bunları öyrənin. Digər şirkətlərlə eyni ədalət prinsipi qorunub. Bunu digər daşıyıcılarla da əlaqə saxlayıb dəqiqləşdirə bilərsiniz”
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
©️ Bakutv
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
36 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
40 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 53 d. əvvəl
- 56 d. əvvəl
- 58 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib







.jpg)




.jpg)






