“Ziraat Bank Azərbaycan”ın nizamnamə kapitalı artırıldı
Bankın nizamnamə kapitalı 65 milyon manata yüksəlib.Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun üzvü olan “Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın nizamnamə kapitalının artırılması haqqında qərar qəbul edilib.
Bankdan Marja-ya verilən məlumata görə, kapital artımı bankın əsas səhmdarı olan T.C.Ziraat Bankası A.Ş. –nin vəsait qoyuluşu hesabına baş verib.
Nizamnamə kapitalının artımı 15 milyon 500 min manat və ya 31 % təşkil edib.
Dəyişiklikdən sonra, “Ziraat Bank Azərbaycan” ASC-nin nizamnamə kapitalı65 milyon manata yüksəlib. Qeyd edilib ki, kapital artımı nəticəsində səhmdarların payları nisbətində dəyişiklik baş verməyib. Beləliklə də bankın əsas səhmdarları "T.C. Ziraat Bankası" səhmlərin 99.98% hissəsinə, "Ziraat Teknoloji" ASC 0.01% hissəsinə və "Ziraat Yatırım Menkul Değerler" 0.01% hissəsinə sahib olmaqdadır.
Bankdan təqdim edilən məlumata görə, kapital artımında əsas məqsəd, bankın uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsini təmin etməkdən ibarətdir. Eyni zamanda nizamnamə kapitalının artımı bankın real sektora kredit qoyuluşlarının həcminin artırılmasına da xidmət edəcəkdir.
“Ziraat Bank Azərbaycan” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Linkedin, Instagram, Twitter, Facebook sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















