Rabitəbank ilə Almaniyanın nəhəng maliyyə qurumu arasında müqavilə imzalanıb
“Rabitəbank” ASC ilə Almaniyanın nəhəng “Deutsche Sparkassenstiftung für Internationale Kooperation e.V” fondu arasında vacib əhəmiyyətli müqavilə imzalanıb.
Bankın yaydığı məlumatda bildirilir ki, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişafı Nazirliyi sözügedən fonda Azərbaycanın iqtisadi rayonlarında, kənd və qəsəbələrində Mikro və Kiçik Sahibkarların (MKS) sahibkarlıq bacarıqlarını təşviq etmək və onların müvafiq risk idarəetməsi imkanlarını təkmilləşdirməklə, iqlim dəyişikliyi kimi xarici amillərə davamlılığını artırmaq üçün məsləhət xidmətləri və təlimlər hazırlamağı həvalə etmişdir.
Belə ki, fond, “Cənubi Qafqaz və Ukraynada Mikro və Kiçik Sahibkarların dayanıqlı inkişafı üçün kənd təsərrüfatının maliyyələşdirilməsinin təşviq edilməsi” layihəsi çərçivəsində kəndlərdə maliyyə xidmətlərinin əldə edilməsi və istifadəsinin yaxşılaşdırılması üçün məqsədyönümlü tədbirlər görəcəkdir.
Həmçinin, sazişə əsasən tərəfdaşımız tərəfindən Rabitəbanka aqrar təsərrüfatlar və fermerlər üçün kreditlərin anderraytinqi və portfel risklərin idarəedilməsi istiqamətində dəstək xidmətləri göstəriləcəkdir.
Mikro və Kiçik Sahibkarların biznesdə inkişafına xüsusi dəstək göstərən Rabitəbank, "Deutsche Sparkassenstiftung für internationale Kooperatione e.V” fondu ilə yanaşı, digər maliyyə qurumları ilə də əməkdaşlıqlarına təkan verərək xüsusi tədbirlər görəcəkdir.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















