“Muğanbank Çek”in satışı və uduş tirajları dayandırılır - Çek sahiblərinin nəzərinə!
Bugünədək “Muğanbank Çek” ilə 350 min AZN-dən çox uduş əldə olunub.(®) Bank məhsul çeşidlərini bazar tələblərinə uyğun optimallaşdırır.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, “Muğanbank” ASC-nin Müşahidə Şurasının iclası keçirilmişdir. İclas zamanı bankın strateji hədəflərinə uyğun biznes istiqamətləri və məhsul siyasəti müzakirə olunmuşdur.
Eyni zamanda bankın təqdim etdiyi rəqabətli bank məhsulları fonunda, “Muğanbank Çek” məhsuluna marağın azalması, eləcə də məhsulun səmərəli olmadığı nəzərə alınaraq, onun satışının və uduş tirajlarının dayandırılması qərara alınmışdır.
Belə ki, sonuncu uduş tirajı 28.01.2022-ci il tarixdə keçirilən “Muğanbank Çek” məhsulunun satışının 11.02.2022-ci il tarixdən etibarən dayandırılması, bundan sonra növbəti uduş tirajlarının keçirilməməsi, nominal dəyəri sahiblərinə ödənilməklə, müştərilər tərəfindən sərbəst şəkildə bankın baş ofisinə, eləcə də filial və şöbələrinə təhvil verilməklə dövriyyədən çıxarılmasının təmin edilməsi barədə qərar qəbul edilmişdir.
Qeyd edilib ki, “Muğanbank Çek”-in ilk tiraji 15.03.2016-ci il tarixdə, sonuncu tirajı isə 28.01.2022-ci il tarixdə keçirilərək ümumi olaraq 379 min 450 AZN uduş məbləği çek sahiblərinə Bank tərəfindən ödənilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























