FED, ABŞ-da inflyasiya artımından sonra təcili iclas elan etdi
ABŞ Mərkəzi Bankı, ABŞ-da inflyasiya artımından sonra təcili iclas elan edib. Bazarda şayiələr dolaşır ki, ABŞ Mərkəzi Bankı nəzarətdən çıxan inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini təcili artıra bilər.
Yanvar ayı üzrə məlumatlar dünyanın ən böyük iqtisadiyyatında inflyasiyanın yeni 40 illik rekorda çatdığını göstərdikdən sonra ABŞ Federal Ehtiyat Sistemi (FED- Mərkəzi Bank) fevralın 14-də planlaşdırılmamış iclas keçirəcək.
Marja xəbər verir ki, bankın saytında verilən məlumata görə, FED-in İdarə Heyəti faiz dərəcələrini bağlı qapılar arxasında müzakirə edəcək.
İndi FED-in uçot dərəcəsi 0-0,25% diapazonundadır.
FED-in planlaşdırılmamış iclasının çağırılmasının səbəbi ətraflı olaraq açıqlanmayıb. Lakin bazarda şayiələr dolaşır ki, ABŞ Mərkəzi Bankı nəzarətdən çıxan inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini təcili artıra bilər.
Yanvarda ABŞ-da istehlak qiymətləri indeksi(inflyaiya göstəricii) illik müqayiədə 7,5% artıb (bazar 7,3% gözləyirdi). İnflyasiya 20-ci ay ardıcıl sürətlənib və son 11 ayın 9-da Wall Street-in proqnozlarını üstələyib.
Fed-in uçot dərəcəsi üçün fyuçers kotirovkaları artıq mart ayında onun 0,50 bənd artırılacağına 89% ehtimal verir. Belə addım baş verərsə, bu, ABŞ Mərkəzi Bankı üçün 2000-ci ilin mayından bəri 0,50 bəndlik ilk addım olacaq.
Bazar ABŞ-da 1979-cu ildən bəri ən aqressiv faiz artımlarını da ehtimal edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 10 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı
-
1 saat əvvəl
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu Yorkda görüş keçirilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
-
2 saat əvvəl
Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda tarixi hadisə: ITMF və ATA-nın birgə seminarı ilk dəfə Bakıda
-
3 saat əvvəl
2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq
-
3 saat əvvəl
Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

“Iteca Caspian” və “Capian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

Sentyabrın 24-də gözlənilən hava şəraiti

2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq

Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq
Ən çox oxunanlar

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
