TuranBank nüfuzlu maliyyə qurumu ilə saziş imzaladı
"TuranBank" ASC və "Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V" fondu arasında “Cənubi Qafqaz və Ukraynada Mikro və Kiçik Sahibkarların (MKS) dayanıqlı inkişafı üçün kənd təsərrüfatının maliyyələşdirilməsinin təşviq edilməsi” layihəsi çərçivəsində Azərbaycanda kənd yerlərində maliyyə xidmətlərinin əldə edilməsi və istifadəsinin yaxşılaşdırılması ilə MKS-lərin aktiv iqtisadi iştirakını gücləndirmək istiqamətində saziş imzalanıb.
Bankın yaydığı məlumatda bildirilir ki, layihə çərçivəsində Fond tərəfindən Bankımıza İstehlak, Mikro, Kənd təsərrüfatı kreditləri üzrə reytinq, skorinq metodologiyası və model nümunələri, həmçinin kredit, bazar və əməliyyat riskləri, müxtəlif növ risklərin müəyyən edilməsi və qiymətləndirmə modelləri üzrə yeni yanaşmalara dair, ümumilikdə və ya ayrılıqda stress-test edilməsini əks etdirən model nümunələri istiqamətində metodoloji dəstək xidmətləri göstəriləcək.
Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Bankımız bundan sonra da potensial biznes layihələri üzrə həm “Deutsche Sparkassenstiftung für internationale Kooperatione.V” fondu ilə, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















