“Beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə hazırlıq kursuna müraciətlər qəbul edilir
Onların iş ilə təmin olunmasına dəstək göstəriləcək.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslərə əmək bazarının tələblərinə uyğun peşələrin tədrisini və müxtəlif idarə və təşkilatlarla əməkdaşlıq çərçivəsində həmin şəxslərin iş ilə təmin edilmələrinə dəstək tədbirlərini davam etdirir.
“Peşə öyrən, işsiz qalma” devizi ilə işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə “beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə təlim kursu keçiriləcək.
Kursa müraciət edən şəxslər ilk olaraq peşə bacarıqlarının müəyyən olunması məqsədilə müsahibəyə cəlb olunacaq, daha sonra isə uyğun namizədlərin kurs üçün qeydiyyatı aparılacaq. Peşə hazırlığı kursunu uğurla bitirən müdavimlərə beynəlxalq daşımalar üzrə müvafiq sertifikat təqdim ediləcək və onların iş ilə təmin olunmasına dəstək göstəriləcək.
Peşə hazırlığı kursunun təşkili zamanı Vətən müharibəsi iştirakçıları və şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər.
“Beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə hazırlıq kursunda iştirak etmək istəyən və “E” kateqoriyalı sürücülük vəsiqəsi olan işsiz şəxslər Bakı şəhəri üzrə “DOST” Mərkəzlərinə, bölgələr üzrə Ərazi Məşğulluq filiallarına yaxınlaşmaqla və ya https://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasi müraciət linkini doldurmaqla (Yük daşıma mütəxəssisi peşəsini seçərək) qeydiyyatdan keçə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















