ABŞ Brent neftinin qiyməti ilə bağlı proqnozunu 11% artırdı
ABŞ Energetika Nazirliyi 2022-ci il üçün Brent neftinin qiyməti ilə bağlı proqnozunu təxminən 11% artıraraq 82,87 dollar/barelə çatdırıb.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına görə, ABŞ Energetika Nazirliyi 2022-ci ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 10,8% artıraraq bir barel üçün 74,95 dollardan 82,87 dollara qaldırıb.
Marja xəbər verir ki, Agentlik Brent markalı neftin qiymətlərinin yaxın aylarda yüksək səviyyədə qalacağını gözləyir.
Eyni zamanda, Nazirliyin məlumatına görə, OPEC+ ölkələri, ABŞ və digər istehsalçıların neft hasilatının artması fonunda ilin ortalarından qiymətlərdə azalma gözləmək olar.
“Biz Brent neftinin qiymətinin 2022-ci ilin ikinci rübündə 87 dollar/barelə, dördüncü rübündə isə 75 dollar/barelə düşəcəyini proqnozlaşdırırıq. 2023-cü ildə biz Brent-in orta hesabla bir barel üçün 68 dollar olacağını gözləyirik”, - deyə hesabatda bildirilir.
WTI markalı xam neftin qiyməti 2022-ci ildə 79,35 dollar/barel, 2023-cü ildə isə 64,48 dollar/barel səviyyəsində proqnozlaşdırılır.
Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2022-ci ildə ABŞ-da gündəlik neft hasilatı proqnozunu 170 min barel artıraraq 11,97 milyon barrelə yüksəldib. 2023-cü ildə gözlənilən hasilat həcmi 190 min barel artaraq sutkada 12,6 milyon barrelə çatacaq ki, bu da ABŞ-da neft hasilatının səviyyəsi üçün mütləq rekorda çevrilə bilər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
30 d. əvvəl
ABŞ Azərbaycanda neft hasilatı üzrə 2026-cı il proqnozunu dəyişmə saxladı
-
33 d. əvvəl
"ABŞ-ın neft hasilatı rekord səviyyələrə çatacaq, yaxın aylarda qiymətlərə təzyiq yaradacaq"
- 36 d. əvvəl
-
41 d. əvvəl
Naxçıvanda qarğıdalı yığımına başlanılıb - Yığımın ilk günlərində 1000 tondan artıq məhsul götürülüb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ABŞ-ın neft hasilatı rekord səviyyələrə çatacaq, yaxın aylarda qiymətlərə təzyiq yaradacaq"

Dəmiryol işçilərinə özəl - KOMİSSİYASIZ KREDİT

Azərbaycan neftinin son qiyməti

Qızılın qiyməti ilk dəfə 4 000 dolları keçdi

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

BOKT-da növbədənkənar yığıncaq keçiriləcək

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Milyonluq mənimsəmədə ittiham olunan şəxsə hökm oxunub: 10 İL - 299 şirkətin vasitəsilə dövlət vəsaitinin yeyintisi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
