Azərbaycanda 21 bankın öhdəlikləri artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il yanvarın 1-nə öhdəlikləri illik müqayisədə az olub.
Bunlar “Xalq Bank”, “AFB Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma Pakistan bankında (80,2%), ən az azalma isə “Xalq Bank”da (1,4%) qeydə alınıb.
Qalan 21 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Yelo Bank” ASC-də (39,3%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (1,6%) qeydə alınıb.
5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il yanvarın 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (10 milyard 46 milyon 112 min manat), “Kapital Bank” (6 milyard 61 miylon 327 min manat), “PAŞA Bank” (5 milyard 831 milyon 105 min manat), “Xalq Bank” (1 milyard 890 milyon 21 min manat) və “Bank Respublika” (1 milyard 131 milyon 826 min manat) ASC-lərdir.
Qalan 21 bankdan 18-də öhdəliklər 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.
Telegramda Marja.az səhifəsinə abunə olun4
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























