"Bu günə qədər 7 minə yaxın nəqliyyat vasitəsi Eyvazlıda yerləşən gömrük postundan keçib"
Bu günə qədər 6 mindən çox, 7 minə yaxın nəqliyyat vasitəsi işğaldan azad edilən Qubadlı rayonunun Eyvazlı sahəsində yerləşən gömrük postundan keçib.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib.
“Bunların arasında fədi nəqliyyat vasitələri, avtobuslar, yük nəqliyyat vasitələri də var. Bu nəqliyyat vasitələrindən 2 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”, - S. Mehdiyev deyib.
Komitə sədri bildirib ki, Qubadlı inzibati rayonunun Eyvazlı sahəsində yerləşən gömrük postu yalnız malların və nəqliyyat vasitələrinin idxalının ölkə ərazisində rəsmiləşdirilməsi deyil, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkə ərazisinə daxil olan beynəlxalq nəqliyyat vasitələri, istər yüngül, istərsə də yük nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi, yoxlanılmasının təmin edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş həddə gömrük rüsumları, yol vergisi ilə bağlı tətbiq olunan rüsumların alınmasını həyata keçirir.
Onun sözlərinə görə, burada alınan rüsumlar cüzi rəqəmlərdir: “Bu postdan yük keçmədiyi və idxal əməliyyatları aparılmadığı üçün məqsəd milyonlarla manatın yığılması deyil. Burada əsas məqsəd ölkənin təhlükəsizliyini təmin etmək, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrinin digər keçid məntəqələrində olduğu kimi hansı nəzarət mexanizmləri qurulubsa, burada da eyni nəzarəti həyata keçirməkdir. Yol vergisi və rüsumlarının dövlət büdcəsinə köçürülməsini təmin edir”.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























