BOKT-lara kredit müştərilərinə cari hesab açmaq icazəsi verilə bilər
Azərbaycanda bank olmayan kredit təşkilatlarına (BOKT) kredit müştərilərinə cari hesab açmaq icazəsi verilə və bu kredit təşkilatları ödəniş sistemlərinə qoşula bilərlər.
Mərkəzi Bankın Baş direktoru Fərid Qasımov Marja-ya bildirib ki, yeni qanun layihələrindən və bir sıra mövcud qanunlara dəyişikliklərdən ibarət təkliflər paketi hazırlanıb:
"“Ödəniş sistemləri və ödəniş xidmətləri” haqqında qanun layihəsi hazırlanıb və hökumətə təqdim edilib. Bu qanun layihəsilə yanaşı aidiyyatı bir sıra qanunlara dəyişiklik layihələri də hazırlanaraq hökumətə təqdim edilib. Bank olmayan kredit təşkilatlarının hesablaşma hesabı xidməti göstərmələri təklifi də dəyişikliklər paketinə daxil edilib”.
Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirov Marja-ya bildirib ki, bank olmayan kredit təşkilatları (BOKT) mikromaliyyə sahəsində mühüm rol oynayır:
“Dayanıqlı mikromaliyyə strategiyasının hazırlanması və həyata keçirilməsi Mərkəzi Bankın növbəti dövrdə əsas hədəflərindən biridir. Artıq bu istiqamətdə işlərə başlanılıb. Mərkəzi Bank həm beynəlxalq tərəfdaşlar, həm də mikromaliyyə icması ilə birlikdə işlər aparılır. Bu işlərin əsas məqsədi post-pandemiya, post – neft dövründə dayanıqlı mikromaliyyə modelinin tətbiqidir. Bu işlərin əsasında yeni mikromaliyyə modelinin hazırlanması və həyata keçirilməsi təmin ediləcək. Bu konteksdə də mikromaliyyə icması tərəfindən səsləndirilən təkliflər də öz əksini tapacaqdır”.
Qeyd edək ki, BOKT-lar cari hesabın açılması, pul köçürmələri və valyuta mübadiləsi xidmətlərini göstərməkdə maraqlıdırlar.
“BOKT-lar nağdsız əməliyyatlar sisteminə qoşulmadıqları üçün kreditin verilməsi bank vasitəsilə həyata keçirilir. Bu, bank olmayan kredit təşkilatları üçün çətinlik yaradır və müştəri ilə birbaşa işləmək imkanından məhrum olurlar. Biz istəyirik ki, bank olmayan kredit təşkilatları daha çevik imkanlara malik olsunlar. Təklif edirik ki, tələblər müəyyən edilsin və həmin tələblərə cavab verən bank olmayan kredit təşkilatlarına müştərilərinə hesab açmaq icazəsi verilsin. Əgər banklar bütün şəxslərə hesab açmaq səlahiyyətinə malikdirlərsə, bank olmayan kredit təşkilatları yalnız kredit verdikləri müştərilərinə hesab açmaq səlahiyyətinə malik olsunlar”- Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA ) icraçı direktoru Jalə Hacıyeva Marja-ya bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















