Türkiyə bankının Azərbaycandakı törəməsi daha da böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” 2021-ci ili 6 milyon manata yaxın əməliyyat mənfəətilə başa vurub.“Yapı Kredi Bank Azərbaycan” QSC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 13,4% və ya 46 milyon 523 min manat artaraq 394 milyon 807 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 348 milyon 285 min manat cəmi aktivlərə malik idi.
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 17,1% və ya 25 milyon 562 min manat artaraq 174 milyon 914 min manat təşkil edib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 149 milyon 352 manata çatmışdı. O cümlədən, ötən il “Yapı Kredi Bank Azərbaycan”ın biznes kreditləri portfeli 20 milyon 976 min manat artaraq 117 milyon 256 min manata, istehlak kreditləri portfeli 573 min manat artaraq 40 milyon 151 min manata, daşınmaz əmlak kreditləri portfeli isə 4 milyon 13 min manat artaraq 17 milyon 507 min manata qalxıb.
2021-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 36 milyon 625 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 19,6 % (və ya 8 milyon 905 min manat) azdır. 2020-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 45 milyon 530 min manat təşkil etmişdi.
2021-ci ildə 2021-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 30 milyon 676 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 7 % (və ya 2 milyon 12 min manat manat) çoxdur. 2020-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat xərcləri 28 milyon 665 min manat təşkil etmişdi.
Ötən il “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri cəmi əməliyyat xərclərini üstələdiyindən Bankın 5 milyon 949 min manat əməliyyat mənfəəti yaranıb. Bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 6 milyon 281 min manat ayırdığından və 599 min manat mənfəət vergisi ödədiyindən ötən ili 931 min manat xalis zərər ilə bağlayıb.
31 Dekabr 2021-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 74 milyon 316 min manat məcmu kapitala malik olub. Bu da, Mərkəzi Bankın 50 milyon manat olan məcmu kapital tələbindən yüksəkdir.
Qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən "Yapı Kredi" bankı Azərbaycanda fəaliyyət göstərən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin əsas səhmdarıdır.
Müştərilərin xəbərləri
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
24 d. əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
-
45 d. əvvəl
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir






.jpg)








.jpg)





