"Yapı Kredi Bank Azərbaycan" 2021-ci ildə kredit və depozit portfelini artırıb
2021-ci ilin dördüncü rübündə “Yapı Kredi Bank Azərbaycan” QSC müştərilərə verilən kreditlərin ümumi həcmini 17% artırmışdır ki, xüsusilə biznes kreditlərində 22 % artımı qeyd emək olar.
Bankın yaydığı press-relizdə bildirilir ki, korporativ müştərilərə verilən kredit portfelinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 2021-ci ilin sonunda 117 milyon manata çatmışdır və həmin portfelin iqtisadi sahələr üzrə strukturunda qeyri-neft sektoru üstünlük təşkil edir.
Bankın ümumilikdə cəlb etdiyi depozit portfeli 285 milyon manat təşkil edib. Fiziki və hüquqi şəxslərin tələbli depozitlərinin həcmində ötən ilin müvafiq dövri ilə müqayisədə 15% artım müşahidə olunmuşdur.
2021-ci ilin nəticələrinə görə hazırda bankın tutulmalardan sonra məcmu kapitalı 74.3 milyon manat təşkil edir və mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır. .
Bankın aktivləri 2021-ci il ərzində artaraq 395 milyon manat olmuşdur. 2021-ci ilin dördüncü rübündə I dərəcəli kapitalın adekvatlıq əmsalı 33%-ə, məcmu kapitalının adekvatlıq əmsalı isə 34%-ə çatmışdır. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 10% olmalıdır.
“Yapı Kredi Bank Azərbaycan” Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















