FED bu axşam 2022-ci ilin ilk faiz qərarını açıqlayacaq - ƏSAS SUAL...
ABŞ Mərkəzi Bankı (FED) ilin ilk faiz qərarını bu axşam qəbul edəcək və ictimaiyyətə açıqlayacaq.
Marja xəbər verir ki, qərardan sonra FED sədri Cerom Pauell (Jerome Powell) mətbuat mənsublarının qarşısına çıxacaq. Bazar aktyorları FED-in açıqlamasında və Pauellin mesajlarında pul siyasəti mesajlarını diqqətlə izləyəcəklər.
ABŞ Federal Ehtiyat Sistemi bu gün Bakı vaxtı ilə saat 23:00-da faiz qərarını açıqlayacaq. Faiz dərəcəsi diapazonunun 0-0,25% -də qalması gözlənilir. FED sədri Jerome Powell saat 23:30-da mətbuat konfransı keçirəcək və sualları cavablandıracaq.
FED-in bu toplantıda mart ayında faiz artıracağına işarə edəcəyi demək olar ki, dəqiqdir. Sual budur ki, Fed sədri Pauell 0,50 bəndlik faiz artımına işarə edəcək?
Fed sədrinin mərkəzi bankın balansının kiçilməsi prosesi ilə bağlı daha ətraflı yol xəritəsi təqdim edə biləcəyi gözlənilir.
İki həftə əvvəl etdiyi çıxışında Pauell inflyasiyanı cilovlamaq üçün lazım olanı edəcəklərini bildirsə də, "İndi olduğumuz yerdən normallaşmaya çox uzun bir yol var" demişdir.
"Standard Chartered"ə görə, FED aktiv alışlarının azaldılmasını fevral ayında başa çatdıra bilər.
Bloomberg Economics, faiz dərəcələrinin sabit qalacağını və aktiv alışlarının azaldılmasında mövcud yolun davam edəcəyini proqnozlaşdırır. “Omicron dalğasının ortasında olduğumuzu nəzərə alsaq, biz Fed-in artımla bağlı qeyri-müəyyənlikləri və aşağı yönlü riskləri vurğulayaraq, ehtiyatlı qalmasını gözləyirik”, - Bloomberg Economics-in baş iqtisadçısı Tom Orlik bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)



