Bank BTB 2021-ci ili mənfəətlə başa vurub - BANK MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
Bank BTB 2021-ci ili mənfəətlə başa vurdu.Bank BTB 2021-ci ilin yekun nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bankın xalis mənfəəti 546 min manat təşkil edib.
Bankın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, 2020-ci ilin yekunu ilə müqayisədə bankın məcmu kapitalı 2% artaraq 53 miylon 563 min manata yüksəlib.
Bank BTB 2021-ci il ərzində kredit portfelini 19% artıraraq, 262 milyon 68 min manata çatdırıb.
Kiçik və orta biznesin inkişafına daima xüsusi önəm verən Bank BTB, 2021-ci il ərzində də sahibkarlara dəstək göstərərək, müxtəlif sahibkarlıq subyektlərinə 27 miylon 287. min manat məbləğində 1 100-dən çox kredit verib.
2021-ci il ərzində bankın depozit portfeli 128 miylon 867 min manata çatmış, ötən il ilə müqayisədə 32% artım əldə edilib.
Müştəri portfelini genişləndirən Bank BTB 2021-ci il ərzində fiziki şəxs müştərilərinin sayında 2% artıma nail olmuşdur.
Bankın əsas dayanıqlıq göstəricilərindən olan məcmu kapitalın adekvatlıq əmsalı 23.73% təşkil edir ki, bu da təyin olunmuş normadan (10%-dən) təxmini 2 dəfəyədək yüksəkdir. Müvafiq dövr ərzində I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 22.69 %-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən (5%-dən) 4 dəfəyədək daha dayanıqlıdır.
Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətləri göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























