""Hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb, səhv olub"
Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu "hörümçək" sözünün 2021-ci ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılmasına və "spayder" sözü ilə əvəz olunmasına aydınlıq gətirib.
M. Nağısoylu açıqlamasında bildirib ki, spayder təkcə hörümçək mənasını vermir: “Spayder həm də “Yeni sözlər, yeni mənalar” lüğətinə əsasən, iki yerlik açıq (bəzən açılıb götürülə bilən) banlı avtomobil növünə deyilir. Hörümçək sözü təsadüfən buraxılıb. Amma hörümçəkkimilər var. Yəni, hörümçək sözü lüğətdən çıxarılmayıb. Bu lüğəti 12 nəfər hazırlayıb. Mən elmi redaktoruyam. Məndən başqa iki nəfər məsul redaktor var. Lüğətdə təsadüfən bir söz olmayanda faciə olur? Biz əcnəbi sözlər əvəzinə milli sözlər daxil etməyə çalışmışıq. Dünyanın bütün lüğətlərində səhv olur. 90 min sözdən bir söz təsadüfən getməyib. Bu, qəsdən olmayıb”.
Qeyd edək ki, bununla bağlı dilçi alim Qulu Məhərrəmli status paylaşıb. O bildirib ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 d. əvvəl
Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
-
9 d. əvvəl
Azərbaycana avtomobil idxalı azalıb – minik avtomobillərində kəskin geriləmə
-
-
33 d. əvvəl
Azərbaycanın idxalının daha sürətli azalması fonunda müsbət saldo artıb
-
37 d. əvvəl
Nəhəng qurum müharibəyə baxmayaraq qızılın bahalaşacağı barədə proqnozunu saxlayır
-
43 d. əvvəl
Azərbaycandan qeyri neft-qaz məhsullarının ixracı real ifadədə 20,7 faiz azalıb
- 45 d. əvvəl
-
54 d. əvvəl
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank Novruz bayramı münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir
-
1 saat əvvəl
Azərbaycanın tədiyyə balansında 1,4 milyard dollarlıq kəsir! - 3 DƏFƏDƏN ÇOX ARTIB
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirilib
Azərbaycanda sənaye istehsalı 0,5 faiz artıb
Ən çox oxunanlar
"Bakı Metropoliteni"nin baş mühəndisi işdən çıxarılıb
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub



























