Tesla şirkəti, Cybertruck-ın istehsalını 2023-cü ilə təxirə saldı
"Reuters"in xəbərinə görə, "Tesla" şirkəti bu ilin sonunda istehsalna başlayacağı gözlənilən "Cybertruck" model avtomobillərin istehsal tarixini 2023-cü ilin birinci rübünə təxirə salıb. Xəbərdə "Tesla"nın təxir qərarını, bu seqmentdə artan rəqabəti nəzərə alaraq elektrikli pikap "Cybertruck"un xüsusiyyətlərini və funksiyalarını dəyişməyə qərar verdiyi üçün verildiyi bildirilib."Tesla" şirkəti haqqında çox danışılan elektrikli pikap avtomobili "Cybertruck"ın istehsal tarixini 2023-cü ilin birinci rübünə keçirmək qərarına gəlib.
Marja "Reuters"ə istinadən xəbər verir ki, mövzuya yaxın mənbəylərin verdiyi xəbərə görə, bu ilin sonunda başlaması gözlənilən istehsal, avtomobilin bəzi xüsusiyyətlərinin dəyişdirilməsilə əlaəqdar olaraq təxirə salınıb.
Dekabr ayında "Tesla"nın Baş direktoru Elon Musk, Twitter-də bu avtomobil ilə bağlı verilən suallara cavablarından birində, ilk istehsal edilən "Cybertruck" modelinin dörd mühərrikli olacağını və nəqliyyat vasitəsinin "bir xərçəng kimi" hərəkət etməsi üçün ön və arxa təkərlər üçün fərqli sükan xüsusiyyətlərinə malik olacağını bildirmişdi.
"Cybertruck" satışa çıxdığı zamanı "Ford Motor Co"nun elektrikli "F-150 Lightning" və "General Motors Co"nun yayda təqdim olunacaq "Silverado" kimi güclü rəqibləri ilə rəqabət aparmalı olacaq.
Elon Musk 2019-cu ilin noyabrında "Cybertruck"ı təqdim edəndə "Twitter"də mənfi xəbər fırtınasına səbəb oldu. "Tesla"nın dizayn şefi zirehli şüşənin qoruyucu imkanlarını nümayiş etdirmək üçün avtomobilin şüşəsinə metal top atmışdı. Lakin işlər nəzərdə tutulduğu kimi getməmiş və şüşə sınmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























