Çin İran və Venesueladan ucuz neft idxalını artırıb
Ötən il Çin son 3 ildə ən böyük neft idxalını İran və Venesueladan həyata keçirib.Çin 2021-ci ildə İran və Venesueladan xam neft idxalını iki dəfə artırıb.
Marja xəbər verir ki, "Kpler" kəşfiyyat məlumatları firmasının məlumatına görə, Çinin neft idxalı 2020-ci illə müqayisədə 2021-ci ildə 53 faiz artaraq 324 milyon barel təşkil edib. Bu, 2018-ci ildən bəri ən böyük idxal rəqəmi kimi qeydə alınıb. Həmin vaxt Çin iki ölkədən ümumilikdə 352 milyon barel neft idxal edib.
Beynəlxalq bazarlarda qiymətlərin artması və Pekinin idxal kvotası özəl neftayırma zavodlarının bu 2 ölkədən idxal yönəlmələrinə səbəb olub. İran və Venesuela nefti Oman və Malayziya mənşəli olaraq etiketlənir. Rəsmi məlumatlara görə, Çin 2020-ci ilin dekabr ayından bəri İrandan xam neft idxal etmir, Oman və Malayziyadan isə idxal artıb.
"Braemar ACM Shipbroking Research"dən Anoop Singh, “İdxalın artmasına neft qiymətlərinin artmasına səbəb oldu. İran nefti Çinə 10 faiz ucuz gəlir", -deyib.
"Energy Aspects" konsaltinq firmasına görə, nüvə danışıqları yavaş irəlilədikcə Çinin İrandan idxalı yüksək qala bilər. Ötən il qlobal neft qiymətlərinin 50 faiz artması da bu bölgədən idxal olunan nefti daha ucuz və cəlbedici edir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 34 d. əvvəl
-
43 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
56 d. əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
58 d. əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb

















.jpg)





