“ADY Express” 2021-ci ildə nə qədər yük nəql etdiyini açıqladı
"Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-nin əsas hədəfi ölkəmizin dəmir yolları vasitəsi ilə yükdaşımaların həcminin artırılmasına nail olmaqdır.
Marja QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, ötən il ərzində "ADY Express" ixrac, idxal, tranzit və daxili yükdaşımalar rejimində müxtəlif istiqamətdə yüklərin nəqlini həyata keçirib.
Ümumi olaraq 2021-ci ildə şirkət dəmir yolu vasitəsi ilə 5 716 845 ton yük nəql edib. Bunun 427 032 ton daxili, 1 559 620 ton idxal, 2 258 609 ton ixrac, 1 471 584 ton isə tranzit yüklərin payına düşür.
Statistic göstəricilərdən göründüyü kimi ən çox yükdaşımalar ixrac yüklərinin payına düşüb. Bu yüklərin təyinat ölkələri əsasən İtaliya, Rusiya, Gürcüstan və Braziliya olub. Yüklərin növünə gəlincə, ixrac rejimində daha çox azot gübrələri, dizel, bitum və qudron, digər neft məhsulları və meyvə-tərəvəz nəql edilib.
ADY Expressin İdxal rejimində nəql etdiyi yüklərin mənşəyi isə əsasən Rusiya, Braziliya, Qazaxıstan və Ukrayna olub. Bu tip rejimdə daha çox bugda, ağac məhsulları, şəkər, benzin və qara metal nəql edilib.
Tranzit yükdaşımalarda “ADY Express” MMC daha çox Rusiya-Türkiyə, Rusiya-Gürcüstan, Rusiya-İran və Orta Asiya ölkələri ilə Gürcüstan və Türkiyə arasında yükdaşımalar həyata keçirib. Bu tip yükdaşımalarda daha çox azot gübrələri, benzin, neft məhsulları, metal yüklər və mineral sular nəql edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 14 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























