Ən yuxarı (mobil)_30

Meksika ABŞ-a Qərb yarımkürəsində Avropa İttifaqının analoqunu yaratmağı təklif edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Meksika ABŞ-a Qərb yarımkürəsində Avropa İttifaqının analoqunu yaratmağı təklif edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Meksika hakimiyyəti ABŞ-a Qərb yarımkürəsində Avropa İttifaqına (Aİ) bənzər birlik yaratmaq imkanını nəzərdən keçirməyi təklif edib.

Bunu Meksikanın xarici işlər naziri Marselo Ebrard Latın Amerikası və Karib Hövzəsi İcmasına üzv olan dövlətlərin xarici işlər nazirlərinin görüşü ilə bağlı Argentinaya səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

Reklam_3_11

“Meksika ABŞ-a daha çox Aİ-yə bənzəyən birlik yaratmağa doğru addım atmağı təklif etdi. Amerika Dövlətləri Təşkilatı artıq çox köhnəlib. Buna görə də fərqli bir şey yaratmaq təklif edildi. Biz bir olsaq, uğur qazanacağıq”, deyə nazir vurğulayıb.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Ekvador Prezidenti Qilermo Lasso Latın Amerikası və Karib hövzəsi ölkələri arasında Avropa İttifaqı prinsipi əsasında inteqrasiya proseslərinin qurulmasını təklif etmişdi.

15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET

APA

08.01.2022 08:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18