İş adamı: "Qarabağda yeni zavodların tikilməsi üçün dövlətə müraciət etmişik" - 2 İLƏ 2 YENİ ZAVOD
Elxan Bəşirov: "Ərazilər müəyyən edildikdən sonra “Mətanət A” Şirkətlər Qrupu 2 il ərzində 2 yeni zavodun tikintisini başa çatdırmaq niyyətindədir"
"Milli iqtisadiyyatımızın inkişafına töhfə vermək isə fəaliyyətimizin təməl prinsipidir. İşğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşunun həyata keçirilməsi istiqamətində edilən çağırışlara “Mətanət A” Şirkətlər Qrupu da qoşulub və həmin ərazilərin iqtisadi və investisiya potensialının artırılması məqsədilə Qarabağda yeni zavodların tikilməsi planlaşdırılıb".
Marja xəbər verir ki, bunu “Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının rəhbəri Elxan Bəşirov bildirib.
Tanınmış iş adamı qeyd edib ki, artıq bu barədə müvafiq dövlət qurumlarına müraciətlər edilib: "Ərazilər müəyyən edildikdən sonra şirkətimiz iki il ərzində iki yeni zavodun tikintisini başa çatdırmaq niyyətindədir. İnanırıq ki, ölkəmizin bütün bölgələrində uğurla davam edən iqtisadi inkişafa bu zavodlarımızda çalışacaq insanlar sayəsində Qarabağda da yeni-yeni uğurlar əlavə edəcəyik. Növbəti məhsulumuzun təqdimatını isə Qarabağda həyata keçirəcəyik!”.
Qeyd edək ki, “Mətanət A” Şirkətlər Qrupunun “AĞDAĞ” Natural Gipskarton Lövhələri Zavodunun geniş təqdimatı Alov Qüllələrində keçirilib. Zavodun direktoru Alim Bayramov qonaqlara məlumat verib ki, zavod qabaqcıl “Grenzebach” alman texnologiyasına əsaslanır, istehsal prosesi tam avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə nəzarət PLC xüsusi proqram təminatı ilə avtomatik həyata keçirilir. “AĞDAĞ” Natural Gipskarton Lövhələrinin istehsalında spesifik kartondan istifadə edilir, son məhsul maksimum elastikliyə və yüksək müqavimətə malikdir. Məhsulun keyfiyyəti Almaniya bazarlarındakı bu tip məhsul ilə eyni keyfiyyətdədir. “AĞDAĞ” Natural Gipskarton Lövhələrinin istifadəsi işin effektivliyinin artmasına və nəticədə tikinti xərclərinin azalmasına kömək edir.
Tədbirə Almaniyadan canlı bağlanan dünyamiqyaslı “Grenzebach Korporasiyası”nın vitse-prezidenti Christoph Habighorst “AĞDAĞ” Gipskarton Lövhələri Zavodunda tətbiq etdikləri ən son texnologiyadan danışıb və bu zavodun dünyada bu sahədə ən müasir zavodlardan biri olduğunu vurğulayıb. Bildirib ki, qarşılıqlı fəaliyyət zamanı “Mətanət A” Şirkətlər Qrupu daim istehlakçı məmnuniyyətini rəhbər tutaraq keyfiyyətli məhsul istehsalına böyük önəm verib. Odur ki, zavodların tikilməsində ən son texnologiyaların tətbiqini ənənəyə çevirib. Məhz bu siyasətin nəticəsidir ki, həmin zavodlarda istehsal edilən məhsullar Avropadakı məhsullarla eyni keyfiyyət göstəricilərinə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
